Azgranata/İdarə Heyəti Üzvü Rafiq Hunaltay ARB24 kanalında yayımlanan “Biznesdə Pandemiya” Onlayn forumunda çıxış edib. Qonaqlar “Böhranın idarə olunmasında kommunikasiya”nın önəmi mövzusunu müzakirə ediblər.


Rafiq Hunaltay deyib ki, “Şirkətlərimiz böhrana hazır olmalıdır. Başa düşməliyik ki, bu tip böhranlardan heç kim sığortalanmayıb”.



O, böhran situasiyası hallarında şirkətin daxili kommunikasiya məsələsinə, yəni əməkdaşlar ilə kommunikasiyasına toxunub:


“Bu gün biz ən böyük səhvi, müştərilərimizə qarşı yox, birinci növbədə işçilərimizə qarşı edirik. Məsələn, şirkətlərin panikaya qapılıb, işçilərin əmək haqqlarını azaltması, iş yerlərinin bağlanması, ixtisarlar, yaxud onlara tətbiq edilən müəyyən güzəştlərin ləğvi və s. Bunlar panik halında verilən qərarlar hesab edilə bilər”.


Forumu daha ətraflı izləmək üçün YouTube kanalına keçid edə bilərsiniz.