Bu gün Azərbaycan da qlobal bazardan geri qalmayaraq, səs texnologiyalarının üstünlüklərindən bir çox sferalarda (rəqəmsal, media) istifadə edir.
Mütəxəssislərin təxminlərinə görə, yaxın gələcəkdə bütün dünyada səs texnologiyalarının müxtəlif sahələrdə tətbiqi dinamikası artacaq.
Facemark.az onlayn marketinq portalı dünyada və ölkəmizdə yayılan bu trendin vacibliyini qəbul edərək, Azərbaycanın “Voicen” platforması ilə əməkdaşlığa başlayıb.
Bu isə o deməkdir ki, facemark.az-ın yazarlar bölməsində paylaşılan hər bir məqalə oxucunun rahatlığını nəzərə alaraq səsli də təklif olunacaq. Yeni funksiya oxucuların vaxt itkisini minimuma endirəcək və daha çox informasiya almasına da kömək olacaq. Məqalələrin birinin üzərində apardığımız testi də Sizə təqdim edirik.
Yazarlar bölməsindəki yazı http://facemark.az/site/news/10435/pandemiyadan-sonra-heyat-10435.html
Yazının səsli versiyası https://we.tl/t-PaHnjxVKVU
AzReco şirkətinin yaratdığı Voicen platforması haqqında:
AzReco şirkəti azərbaycan dilinin səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq Voicen platformasını yaradıb. Şirkətin təkmilləşdirdiyi texnologiya telekommunikasiya, media monitorinq, təhsil, elektron ticarət, səsli axtarış, rəqəmsal marketing və rəqəmsal bankçılıq sahəsində tətbiq edilə bilər. Texnologiyanın məxsusi olaraq azərbaycan dilinə adaptasiya edilməsi, Youtube və Facebook kimi platformalarda yayımlanan videolara altyazıların əlavə edilməsini avtomatlaşdırır. Bununla da şirkətlər yaratdıqları video kontent vasitəsilə rəqibləri ilə müqayisədə önə keçmə imkanı əldə edəcəklər.
AzReco-nun təqdimatı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.