12.12.2011 tarixində “Brand Solutions” marketinq və konsultinq şirkətinin təşkilatçılığı ilə İqor Mann-ın master-klassı keçiriləcəkdir.
5000 marketinq alətlərinin, vasitələrinin içində bir neçə pulsuz olanları da vardır. Yəni Siz onlardan istifadə etdikdə tamamilə heç bir pul ödəmirsiniz. ( və ya praktiki olaraq məsrəfsiz sayılır). Amma əvəzində təbii ki, effektini görürsünüz. İqor Mann-in master-klassı da məhz bu mövzuya, “Büdcəsiz Effektiv Marketinq” mövzusuna həsr olunub. Xatırladaq ki, master-klas “Brand Solutions” şirkətinin təşkilatçılığı, “Xəzər” universitetinin dəstəyi ilə keçiriləcəkdir.
Master-klasın devizi: MİNİMUM NƏZƏRİYYƏ, MAKSİMUM PRAKTİKA!
İqor Mann məhz özü bir çox şirkətlərdə bu praktikadan necə istifadə edəcəyini bizimlə bölüşəcəkdir. O, özü bir çox böyük və həm də kiçik şirkətlərdə çalışmış və sıfırdan bir çox uğurlu nəticələrə nail olmuşdur.
Master-klassın məqsədi: Biznesin inkişafında pulsuz marketinq alətlərini öyrənmək və onu praktikada tətbiq etməkdir.
Biznesdə bilməli olduğumuz vacib nüanslar:
· Nə etmək?
· Necə etmək?
· Götürmək və tətbiq etmək
Master-klasdan sonra Sizə ancaq “götürmək və tətbiq etmək” qalır.
“Büdcəsiz Effektiv Marketinq” master-klasında iştirak edən hər bir kəs:
· İştirak paketi;
· Adlı sertifikat;
· Kofe-breyk, lanç
· Həmkarlarla ünsiyyət, yeni tanışlıqlar və ən əsası – öz məhsulunuzu inkişaf etdirmək üçün fərqli ideyalar əldə edəcəksiniz. Bir az da konkretləşdirsək, bunu Rusiya, Ukrayna, Qazaxıstanda necə edilməsi barədə öyrənəcəksiniz.
Hədəf auditoriyası: marketerlər ( Marketinq Menecerlər, PR Menecerlər, Brend Menecerlər, Marketinq Direktorları), top-menecerlər ( Baş Direktorlar, Kommersiya Direktorları), sahibkarlar və öz işini qurmağa hazırlaşanlar.
Master-klassın planı: http://brand-sol.blogspot.com/2011/10/blog-post_12.html
İştirak haqqı: 250 AZN
Qeydiyyat üçün əlaqə vasitələri:
e-mail: brandsol@rambler.ru
Tel: (055) 486 12 76
(070) 719 49 69