Rənglər bütün həyatımıza təsir etdiyi kimi işığın istehsal etdiyi enerji sayəsində zehnimizə, emosiyalarımıza və bədən funksiyalarımıza da təsir edir. Bu təsir qidalanma psixologiyası üzərində də özünü göstərmişdir. Bəzi rənglər ciddi bir şəkildə iştahamızı artırıb dah çox yeməyimizə səbəb olarkən, digər rənglər çəki atmağımızı da dəstəkləyə bilər. İlk dəfə 1875-ci ildə Avropalı həkim Ponza rənglərin həyatımıza necə təsir etdiyinə dair bir araşdırma aparır. Rəngli divarlar və rəngli mebellərdən istifadə etməyə başlayaraq xəstələrini müşahidə etməyə başlayır. İstifadə etdiyi rənglər arasında qırmızı və mavi də yer alır. Uzun zamandır yemək yeməyən bir xəstəsi qırmızı rənglə dizayn edilmiş otağa girdikdə, yemək yemək istəyir. Mavi otağa girən xəstə isə sakitləşir.


Daha çox yeməyə səbəb olan Qırmızı: Qırmızı rəng iştah açıcıdır. Bütün populyar fast food restoranlarının loqolarında qırmızı rəng istiafadə olunur. Qırmızıya daha çox üstünlük verilməsindəki məqsəd, diqqət çəkmək, iştahı artırmaqdır. Qırmızı rəng düşünmədən və həyəcanla hərəkət etməyə təşviq edərək daha çox yeməyə səbəb ola bilir. Fiziki olaraq insan vücudunu hərəkətə keçirib əsəbləri stimullaşdırır və qan təziqini artır. Məsələn, McDonald`s loqosunda olan qırmızı və sarı rənglər daha çox uşaqların diqqətini çəkmək üçün seçilmişdir. Loqoda istifadə olunan rənglərdən qırmızı iştah açıcı və tələsgənlik yaratdığı üçün müştərilərin tələsik bir şəkildə yeməsi və yeməklərini bitirdikdən sonra da çıxmaqlarına təşviq edir.



Rahatladıcı təsiri olan Narıncı: Narıncı rəng də qırmızı kimi enerji və həyəcan verən rənglər arasındadır. Stresi azaldan, pozitivliyi artıran, rahatladıcı təsir olan bu rəng yeməklərdə daha çox yemək istəyinə səbəb ola bilər. Bu rəng beynin məntiq mərkəzini oyandırır və diqqət çəkməyə nail olur. Həddən artıq istifadə olunduğu zaman təşviş yarada bilər. Bu rəngdən müştərilərdə satın almaq impulsunu artırmaq üçün istifadə olunur. Məsələn, Fanta narıncı rəngdən istifadə etməklə müştərilərin anında diqqətini cəlb etməyi bacardı. Fərqli dad və rəngdəki məhsullarını da bazara çıxaran Fantanın satışlarının 70%-i Fanta Portağal içkisinə aiddir.



Kontrolu itirməyə səbəb olan Sarı: Sarı rəng serotonin hormonunu hərəkətə keçirən rənglərdən biridir. Bunun sayəsində insan daha xoşbəxt, daha rahat, daha vecsiz davranışlar göstərərək daha çox yeyə bilər. Sarı rəngdə olan və ən çox sevilən banan və kartof qızartması buna misal ola bilər.



Arıqlamaq istəyənlər üçün Mavi: İştahı azaldan, çəki atmağı dəstəkləyən, rahatlığın rəngi olan mavi yemək yemənizi mükəmməl dərəcədə balanslaşdıra bilər. Güvən hissi doğuraraq markaya olan güvəni artırır. Ofislərdə və ənənəvi korperativ markalarda ən çox istifadə olunan rəngdir. Hüzur və rahatlıq rəngi olan mavi zehni sakitləşdirir. Daha çox kişilər tərəfindən üstülük verilir. Gənclər isə bu rəngi yetişkinliklə əlaqələndirirlər.



Yemək istəyini artırmır, sağlam qidalanmanı təmsil edən Yaşıl: Yaşıl rəng sağlam qidalanmanı təmsil edən tək rəngdir. Bunun səbəbi insanların dietik qidalanma və ya meyvə tərəvəz yeyərək sağlam qidalanaraq arıqlama düşüncəsidir. Bir çox restoran şəbəkələri sağlam qidalarını önə çıxarmaq üçün yaşıl rəng vurğusundan istifadə edirlər. Yaşıl rəngin digər təsiri isə rahatladıcıdır və həzmi yaxşılaşdırır. İştaha artırıcı təsiri yoxdur. Sağlamlıq, sükut və təbiət ilə əlaqələndirilir. Markalar daha çox müştəriləri rahatlatmaq üçün bu rəngdən istifadə edirlər. Yaşıl rəng beyində ahəng və harmoniya oyandırır. Vücud və emosiyalar arasındakı balansa təsir edərək qərarlı olmağımıza yol açır. Məsələn, Starbucks yaşılı loqosunda əsas rəng olaraq istifadə edən tək böyük markadır. Loqosunda yaşıl fon üstündəki bəyaz dəniz qızı müştərilərin zehnində təbiəti canlandıraraq fərqli bir rahatlıq hissi verir. Markanın loqosundakı yaşıl rəngin istifadəsi müştəriləri kofe fasiləsi verməyə və stressdən uzaqlaşmağa çağırır.



Müəllif: Uzman Psixoloq, Gülnarə Muxtarova