Amerikanın korporasiyası Google əməkdaşları ilə daha bir il, 2021-ci ilin iyuluna qədər məsafəli rejimdə çalışacaq.


Facemark.az-ın məlumatına görə, bu haqda The Wall Street Journal mənbəyə istinadən yazıb.


Şirkət pandemiyanın inkişafı ilə bağlı proqnozları qiymətləndirib və işçilərinin həyatını asanlaşdırmaq üçün məsafəli rejimdə çalışmağı daha bir il də uzadıb.


Bildirilir ki, yeni qərar Alphabet-in (Google-un ana şirkəti) bütün ştatlarda olan əməkdaşlarına, Braziliya, Hindistan, ABŞ, Böyük Britaniya və s. ölkələrdə, ümumilikdə 200 000 əməkdaşına şamil ediləcək.


Məsafəli çalışma modeli Google-un əməkdaşlarına daha bahalı mənzilləri yerinə, ucuz kirayə evlərə üstünlük verməyə səbəb olacaq.


Alphabet (Google) rəhbəri, Sundar Piçay


Ümid edirəm ki, bu, gələcək 12 ay ərzində özünüzə və yaxınlarınıza qayğı göstərməklə iş məsələlərini tarazlaşdırmağa kömək edəcək/


Ekspertlərin fikrincə isə, belə bir qərar digər kompaniyalar üçün yaxşı nümunədir. Rusiya şirkətlərinin bəziləri də hələ də məsafəli rejimdə çalışmaqda davam edirlər.


Dövlət Duması məsafəli rejimdə çalışma ilə bağlı qanun layihəsi hazırlayır. Yeni qanun işçiləri məsafəli çalışma sisteminə keçid etmə prosedurunu daha da sadələşdirəcək.