Spotify-ın reklamdan gəlirləri ikinci rübdə 21% azalıb. O 131 milyon avro təşkil edib.


Spotify-ın reklamdan gəlirləri 2020-ci ilin ikinci rübündə 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 21% azalıb.


Facemark.az-ın məlumatına görə, bu haqda striminq xidmətinin hesabatında deyilib. O 131 milyon avro təşkil edib.


Spotify-dan deyirlər ki, nəticələrə COVID-19 pandemiyası təsir edib. Ancaq bununla belə şirkətin reklamdan gəliri şirkətin proqnozundan yüksək olub.


Kompaniya martın son üç həftəsində reklam gəlirinin proqnozdan 20% aşağı olduğu qənaətinə gəliblər.


“Nəticələr aprel və mayda enməyə davam edib, amma biz iyunda gözlənilməz yüksəliş əldə etdik”, - deyə Spotify-ın açıqlamasında deyilib.


Mayda gəlirlər 25% azalıb, iyunda isə 12% olub. Xüsusilə enmə Direct və Programmatic kanalına təsir edib. Ad Studio və Podcast isə yüksəliş əldə edilib.


Bu halda şirkətin ümumi gəliri 13% artım nümayiş etdirib. O, 1,889 milyard avroya çatıb. Şirkətin gəlirlərinin böyük hissəsini pullu abunəçilər gətirib. Onlar şirkətə 1,758 milyard avro gətirib, 17%-lik artım qeydə alınıb.


Aylıq aktiv istifadəçilərin sayı (Monthly Active Users, MAU) ötən ilin anoloji dövrü ilə müqayisədə 29% artaraq 299 milyon nəfərə çatıb.


Şirkət 2020-ci ilin üçüncü və dördüncü rübləri ilə bağlı isə enmə proqnozlaşdırır.


Daha əvvəl isə bildirmişdik ki, Spotify Rusiyalı müştəriləri üçün qiymətlərini elan edib. Xidmət 15 iyulda Rusiya bazarında aktiv olub. Bazar ertəsi günü şirkət artıq yerli reklamverənlər ilə ilk müqavilələrini bağlayıb.