Apple kompaniyası bu il yeni iPhone xəttini ənənəvi vaxtdan bir qədər gec bazara çıxarmağa hazırlaşır.


Facemark.az xəbər verir ki, bu haqda Apple Inc.-in baş maliyyə direktoru Luka Maestri Bloomberg nəşrinə deyib.


Onun sözlərinə görə, əgər ötən il yeni modellərin təqdimatı sentyabrın sonunda baş tutmuşdusa, indi isə ənənəvi buraxılış bir neçə həftə sonra ola bilər.


Bu halda isə yeni modellərin oktyabrda bazara çıxarılacağı gözlənilir. Şirkət isə yeni iPhone modellərinin təqdimatının ənənəvi vaxtdan başqa bir tarixə keçirilməsinin səbəbini isə elan etməyib.


Qeyd edək ki, daha əvvəl deyilirdi ki, yeni iPhone 12-nin təqdimatı 8 sentyabrda baş tuta bilər.


Blogger iHacktu həmin vaxt deyirdi ki, sentyabrda olacaq təqdimatda Apple şirkəti iPhone smartfonlarının yeni xəttini və yeni nəsil Apple Watch və iPad-ı təqdimatını edəcək.


Həmçinin deyilirdi ki, şirkət naqilsiz şarj aləti AirPower-in də təqdimatını həyata keçirəcək.