Google-un ana şirkəti Alphabet-in açıqladığı məlumata görə, 2020-ci ilin ikinci rübündə şirkət 38,3 milyard dollar gəlir əldə edib. Ekspertlərin gözləntiləri isə 37,4 milyard dollar idi.


Şirkət daha öncəki açıqlamarında bildirmişdi ki, koronavirus pandemiyasının təsirləri hiss edilməkdədir. Kompaniya tarixində ilk dəfə gəlir enməsi yaşayaraq sözlərində haqlı çıxıb.



Facemark.az xəbər verir ki, şirkətin xalis gəliri isə 6,9 milyard dollar olub.


Ötən ilin analoji dövründə isə bu rəqəm 9,9 milyard dollar idi. Axtarış gəlirləri isə 23,6 milyard dollardan 21,3 milyard dollara enib.


YouTube-un reklam gəlirləri artdı


Google-un ümumi enməsinə rəğmən, YouTube-un reklam gəlirləri ötən illə müqayisədə artıb. Populyar video hostinqi bu il reklamlarda 3,81 milyard dollar əldə edib. Şirkətin ötən ilin eyni dövründə əldə etdiyi reklam gəliri isə 3,6 milyard dollar idi.


Alphabet-in CFO-su Rot Porat, əldə edilən gəlirlər ilə bağlı olaraq deyib ki, "Çətin qlobal situasiyada qalmağa davam edirik".


Google, davamlı olaraq potensialı yüksək yeni şirkətləri tərkibinə qataraq böyüyən nəhəng bir şirkətdir. Ona görə də, uzun illərdən bəri həmişə öncəki ilə görə daha çox qazanırdı.


Bu il isə görürük ki, koronavirus pandemiyası sadəcə gəlir səviyyəsi aşağı şəxsləri deyil, Google kimi nəhəng şirkəti də vurub. İnsanlar, hər nə qədər bu dövrdə evlərində YouTube, Instagram, Netflix kimi platformalardan istifadə etsə də, reklam üzərində qurulan şirkətlər, yeni reklam müqavilələri bağlamadığı üçün itkilər yaşayıb.


Google-un maliyyə direktoru Rut Porat haqqında hazırladığımız maraqlı faktlara fmr videodan baxa bilərsiniz.