Google: Biz Google Analytics məlumatlarından saytların rankinqində istifadə etmirik


Google-un əməkdaşı Con Myuller Google Analytics axtarış məlumatlarından saytların rankinqi üçün istifadə edib etmədiklərinə dair məlumat paylaşıb. Bir çox mütəxəssis hesab edir ki, bu belədir. Bu rəylər Google-un öncəki açıqlamarına dayanır. Belə ki, açıqlama deyilirdi ki, Google Analytics məlumatlarından anonim və toplu şəkildə istifadə edilir.


Facemark.az-ın məlumatına görə, bu açıqlamaya dayanaraq bəzi mütəxəssislər bildirdilər ki, Google saytların rankinqi (sıralanması) üçün özünün yuxarıda adı çəkilən analitik xidmətinin işindən istifadə edir.



Bu məsələ Twitter istifadəçilərinin biri tərəfindən yenidən gündəmə gətirildi. O, deyirdi ki, Analytics-in məlumatları axtarış rankinqinə təsir edir. O, özünün şərhində deyirdi ki, Google, Search Console və Analytics məlumatlarını başqa bir API-ya belə birləşdirə bilər.
Con Myuller isə yaranan bu mifi dağıtmaq üçün anında cavab verib.


"Biz axtarışlarda Google Analytic məlumatlarından istifadə etmirik".


Həmçinin o, əlavə edib ki, Google Analytics & Search Console məlumatları fərqli yolla izləyir.


Belə ki, SC axtarışda göstərilənləri, amma GA isə istifadəçinin sayta daxil olmasından sonra nəyin baş verdiyini izləyir.
Üst-üstə düşənlər olsa da, lakin onlar tam deyil.


Xatırladaq ki, daha əvvəl Google-un başqa bir əməkdaşı Martin Splitt də axtarış motorunun xüsusən davranış ölçümlərində Google Analytic məlumatlarından istifadə etmədiyini elan etmişdi.