İlon Maskın koronavirus pandemiyası haqqındakı açıqlamaları Microsoft-un qurucusu Bill Qeytsin reaksiyasına səbəb olmuşdu. Qeyts verdiyi bir reportajda Maskı tənqid etmişdi.


Facemark.az xəbər verir ki, indi isə Mask, Qeytsin açıqlamalarını vecinə almadığını göstərən bəzi paylaşımlar edib.


Qeyts, İlon Maskın koronavirus pandemiyası ilə bağlı açıqlamasını tənqid edərək demişdi ki, "Bilmədiyi mövzularda danışmasın".


İlon Mask bildirək ki, daha öncə bir çox polemikada iştirak edib və həmişə də mizaha üstünlük verib.
İndi də belə oldu, Mask 64 yaşlı Bill Qeytslə rəsmən zarafatlaşıb.


Twitter-dən açıqlama edən Musk, Qeytsə cavabını Michael Jackson-ın "Billie Jean" mahnısı üzərindən edib.
Michael Jackson, Billie Jean adlı mahnısında "Billie Jean is not my lover" (Billie Jean mənim sevgilim deyil) sözlərinə yer verirdi. Maskın sosial şəbəkədəki paylaşımı izləyicilər arasında məşhurlaşıb.


Budur İlon Maskın Bill Qeytsə verdiyi cavab


Billy G (Bill Gates) mənim sevgilim deyil



Mask bu paylaşımdan yarım saat sonra yeni bir paylaşım edib.


Mask bu paylaşımında da Qeytsi hədəf alır. Hətta Mask bu dəfə Qeytsin adını açıq-açıq çəkir.



Bill Gates-lə sevgili olduğumuza dair şayiələr həqiqətdən kənardır.


İki məşhur milyarder arasındakı polemika istifadəçilərin də gözündən yayınmayıb.


Maskın paylaşımından sonra, Twitter istifadəçiləri mövzu ilə bağlı verdikləri reaksiyalar ilə insanları güldürüb.
O paylaşımlardan bəziləri belə olub.


Doğrudan mI? Bunu açıqla!



Bilmirəm, amma gözlərinin içinə necə baxdığına bax...



Bunu deməyin, onu göstərir ki, mənə yalan deyirsən.