Qəhvə şəbəkələri şirkəti Starbucks üçüncü maliyyə rübü ilə bağlı hesabatını açıqlayıb. Satışların 40% endiyini deyib.


Facemark.az-ın məlumatına görə, şirkətin konsolidasiya edilmiş xalis gəlirlərinin həcmi 4,2 milyard dollar olub, bu isə 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 38% azdır.


Belə bir dinamika isə koronavirus pandemiyası zamanı müəssisələrin bağlanması, biznesin yenidən təşkili, iş saatlarının azaldılması, müştəri trafikinin enməsi ilə bağlı olub.


COVID-19, həmçinin əməliyyatların 50% azalmasına səbəb olub.


Üçüncü rübdə Starbucks 130 yeni müəssisə açıb, bununla da restoranlarının sayını 32 180-ə çatdırıb. Kompaniya proqnozlaşdırır ki, dördüncü rübdə şirkətin bənzər satışları 12-17% azalacaq.


Eyni zamanda, belə bir nəticəni McDonald's-da təqdim edib. Onun qlobal, müqayisə olunmuş gəliri 23,9%, konsolidasiya edilmiş gəlirləri isə 30% enib.


Şirkətin xalis gəliri 68% azalıb, 1,5 milyard dollardan 484 milyona düşüb.