Bütün dünya əhalisi maraqlandıran bir sual var “Beynəlxalq İqtisadi böhran niyə baş verir? ”. Bu məqalədə bir iş adamı kimi, bu suala cavab tapmağa çalışacam.
Böhran kimə lazimdir? Müəyyən qrup insanların və təşkilatların öz şəxsi maraqlarını güdərək və daha böyük maliyyə resurları və dünyanı idarə etmək məqsədi daşiyir. Əsas səbəbkar böyük bankirlər və ABŞ-ın Federal Rezev Sistemidir (FRS), hansılar ki, dünyada maliyyə açarlarını idarə edərək cox uçuz qiymətlərə dünyada olan daşinmaz əmlaklırı mənimsəyib və sonradan “dünya xilas edicilər” kimi çıxış edirlər. İqtisadi hakimiyyəti əldə edərək beynəlxalq siyasəti idarə edirlər. Heç kimə sir deyil ki dünyanı dollar idarə edir və dünya rezervinin 60% dolların üzərində qurulub. Bu isə öz növbəsində ABŞ bir cox dövlətlərin idarə olunmasında əvəsiz rolu var. Ən kədərlisidə odur ki, dünyanı “dollar iynəsinin” üstündə oturdaraq faktiki arxasında heç bir şey durmayan “yaşıl kagızı” FRS tərəfindən dayanmadan çap edir . Nəticədə faktiki ABŞ dövləti vəsait xərcləmədən dünya nemətlərini pulsuz əldə edir. Müasir zamanda faktiki dollara rəqib yoxdur, “avro” isə tam şəkildə rəqabətə hazir deyil. Beynəlxalq böhranin nəticəsində fond birjalarlı iflasa ugruyur, “qara qızılın” qiyməti, ölkələrin və sahibkarların gəlirləri, insanları əmək haqqiları yenir, işdən azad ounmalar, ixtisarlar, bankların iflası, qiymətlərin artması və s. bu proseslər hər bir insanı düşündürür “bu böhran hardan çıxdi?” “ölkə iqtisadiyyatı necə olacaq?”, “ailəm və gələcəyim necə olacaq?” və nə edim ki, “əldə etdiklərimi itirməyim”. Böhran insanlar tərəfindən ani anda qarşılaşdığı və nə isə pis bir hadisə kimi qəbul edilir.
Realıqda ABŞ çixmaq şərti ilə çünki onun xarici borcu 14 trilion təşkil edir, başqa ölkələrin vəziyyətləri elədə pis deyil, onlarin bu vəziyyəti düzəltmək imkanları var, çıxış yolu reqional valütanın buraxılmasıdır, bu ölkələrin dollar rezervini azaldaraq, asılığıda qismən aradan qaldirar. Bu məsələylə əlaqədar 1 yanvar 1999-cu ildə ugurlu bir cəhd edildi “avro”-nun dövriyə buraxılması ilə, bu ilk cəhddir. Davamlı olaraq bu yol ilə dünya ölkələri getsə, tədricən dollarin nüfüzu azalar və “böhran” adlı virus tarixə çevirilə bilər.