Bəlkə də 20-30 il öncəsində biznesdə uğur qazanan qadınlar dedikdə bu bizə yad anlayış kimi görünə bilərdi. Lakin indi belə qadınlara dair çoxlu nümunələr göstərə bilərik. Ölkəmizdə də biznes sahəsində qadınlar öz mövqelərini tutmaqda, uğur qazanmaqda davam edirlər.


Bəs dünyada biznesdə uğur qazanmış və tanınmış qadınlardan kimləri tanıyırıq? Və onların uğur hekayələri necədir?


Gəlin, dünyada tanınan iş qadınlarından bir neçəsinin hekayəsi ilə yaxından tanış olaq:


  • Sue Bryce - 30 illik təcrübəsi olan Sue Bryce yaradıcılıq sənayesində ən tanınan fotoqraflardan biridir. Müsahibəsində öz həyat yolu barəsində bunları söyləmişdir:


“Şəxsi inkişaf yolum mənə təbii bir təkamül kimi görünürdü. Lakin bu təkamül məndə iş qurmaq istəyini yaratmırdı. Tamamilə zərurətdən yaranmışdı. 13 il ərzində sənətimin bütün incəliklərini mənimsəmişdim, amma yenə də işçi idim. Karyeramda nə qədər pul qazana biləcəyimin bir zirvəsinə çatmışdım. Təslim olmaq əvəzinə, işdə və qazancda daha yüksək məqamlara çatmaq istəyim var idi. Bu istiqamətdə özümü həvəsləndirmək üçün dərin ehtiras hissi yaratmağa başladım. Bu mənim üçün çətin oldu və indi başqa bir yol bilmirəm. İstəmək, yaratmaq və öyrənmək arzum qorxumdan üstündür. İndi qarşılaşdığım hər bir problem əsl gücümü öyrənməyə mənə kömək olur. Problemi həll edərkən qarşılaşdığım çətinliklər isə sonda mənə təcrübə kimi geri qayıdır.


  • Sophia Amoruso - Sophia Amoruso, sahibkar və “New York Times Bestselling” müəllifidir və iş qadınıdır. Sophia xanım gənclərə bunları tövsiyə edir:


“Təslim olmayın, heç bir şeyi şəxsi qavramayın və cavab verməyin”, - deyə Sophia məsləhət görür.


  • Pamela Slim - Pamela Slim, müəllif, təşkilat qurucusu, məsləhətçi və “Barclays Global Investors”da təlim və inkişaf üzrə sabiq korporativ direktordur. O öz həyatı haqqında bunları deyir:


“10 il ərzində sıradan bir işçi olaraq çalışmışam. Sonradan San-Fransiskodakı qeyri-kommersiya döyüş sənətləri məktəbinin könüllü icraçı direktoru olmuşam.


Tipik günüm təxminən 15 saat idi. Həftə sonlarımı isə məktəbə yeni tələbə cəlb etmək üçün dərslər, tamaşalar təşkil etməklə keçirdi. Könüllü icraçı direktor olduğum 10 il məni sahibkarıq həyatı üçün hazırladı. Böyük proqramları necə yaratmağı və maliyyələşdirməyi bilirdim. Bir şəbəkə qurmağı və insanları bir işə səfərbər etməyi öyrənmişdim. Mən necə satacağımı və bazara çıxmağı bilirdim. Beləliklə, indi öz işimin sahibkarıyam”.


Müəllif: Fidan Əzizova