Daha yaxşı dizayner olmaq və qabiliyyətlərinizi inkişaf etdirmək istəyirsinizsə YouTube-dan daha yaxşı məcra ola bilməz. Pulsuz şəkildə istədiyiniz zaman, istədiyiniz yerdən dərslərə baxa bilərsiniz.


1. FLUX- Əgər frilans dizayner olaraq karyeranızı yeni səviyyəyə çatdırmaq istəyirsinizsə, Flux kanalına baxa bilərsiniz. Ran Segall (Flux), həm frilans dizayner, həm də Flux Akademiyasının qurucusudur. O, öz kanalında daha bacarıqlı dizayner olmağınıza kömək etmək üçün öz təcrübələrini və öyrəndiklərini paylaşır. Kanal 2015-ci ildən fəaliyyətdədir və 188K abunəçisi var.


Playlist-dən nümunələr;


Pulsuz Veb Dizayn Kursu 2020 (Free Web Design Course 2020)


Qrafik Dizaynerlər üçün Ən Yaxşı Alətlər (Best Tools for Graphic Designers)


Dizayn Portfoliosunun Hazırlanması (Building A Design Portfolio)


2. Will Paterson - Loqo dizaynı və Marka İdentifikasiyası (Kimliyi) üzrə ixtisaslaşmış frilans qrafik dizaynerdir. Sizə qrafik dizayner olaraq daha dərin və şəxsi perspektivdən işləməyi öyrədəcəyini vəd edir. 2012-ci ildə YouTube-a qatılmış və hazırda 422K abunəçisi var.


Playlist-dən nümunələr;


Loqo Nəzəriyyəsi (Logo Theory)


İllustrator: Başlanğıc Səviyyəsində Olanlar üçün Alətlər (Illustrator: Tools For Beginners)


Mənimlə Birlikdə Dizayn Edin: Loqo Çellinc (Come Design With Me/Logo Challenge)


3. Roberto Blake - Kanal, həyatınızı, gəlirlərinizi və karyeranızı idarə edə biləcək şəkildə sizi gücləndirməyə və öyrətməyə həsr olunub. Natiq və Biznes koç olan Roberto Blake yaradıcı insanları məlumatlandırmaq və motivasiya etmək üçün hər həftə yeni video paylaşır. 2009-cu ildən YouTube-a qoşulmuş və hazırda 470K abunəçisi var.


Playlist-dən nümunələr;


Daha Yaxşı Kontent Yaratmaq (Create Better Content)


7 Şəxsi Marka Tövsiyələri (2020-ci ildə necə güclü şəxsi marka yaratmaq olar?) 7 Personal Branding Tips (How to Build a Strong Personal Brand in 2020)


Daha Çox Pul Qazanmaq (Earn More Money)


4. Satori Graphics - Kanalda Adobe InDesign və Photoshop-da qrafik dizaynla bağlı dərslər olsa da, daha çox Adobe Illustrator təlimlərinə yer verilib. Videolara baxmaqla yeni başlayanlar və həmçinin, daha təcrübəli qrafik dizaynerlər bacarıqlarını inkişaf etdirə bilərlər. Qrafik dizayn nəzəriyyəsi, afişa dizaynı, loqo dizaynı, marka kimliyi və daha nələr nələr haqqında kanalda videolar var. 2014-ci ildə YouTube-a qatılmış və hazırda 418K abunəçisi var.


Playlist-dən nümunələr;


10 Dəqiqənin Altında Loqo Dizaynları (Logo Designs In Under 10 Minutes)


Qrafik Dizayner Olaraq Karyeranızı Möhkəmlədin (Secure A Career As A Graphic Designer)


2020 üçün Əla Adobe Illustrator Dərsləri (Adobe Illustrator Tutorials Perfect For 2020)


5. Kel Lauren - Bütün iş günü işləyən qrafik dizaynerdir, bu peşə ilə çox sevərək məşğul olur və dünyadakı ən yaxşı peşə olduğunu qeyd edir. Videolarında daha çox məşhur şirkətlərin loqolarının yenidən dizaynını görəcəksiniz. 2015-ci ildə YouTube-a qatılmış və hazırda 294K abunəçisi var. Playlist-də Qrafik dizayner adlı başlıqda təcrübələrindən danışdığı və həmçinin öyrədici videolarını görə bilərsiniz.


6. Logos By Nick - Nik 2011-ci ildən başlayaraq frilans olaraq qrafik dizayner işləyir, əsasən Linux, Inkspace və GIMP kimi proqramlardan istifadə edir və kanala həftəlik olaraq Inkscape və GIMP dərsləri yükləyir. 2014-cü ildə kanalını açmış və hazırda 291K abunəçisi var.


Playlist-dən nümunələr;


GIMP Dərsləri (GIMP Tutorials)


Inkscape Başlanğıc Dərsləri (Inkscape Beginner Tutorials)


Inkscape Loqo Dizayn Dərsləri (Inkscape Logo Design Tutorials)


7. The Futur - İnsanların sevdiyi sahədən pul qazanmağını özünə missiya seçən bir kanaldır. Videolarda dizayn sahəsinin öyrədilməsindən çox, dizayn sahəsində marka qurmaq, onun inkişaf etdirilməsi tövsiyələri, müştərilərlə işləmə texnikaları, frilans dizaynerlərə fəaliyyət tövsiyələri öz əksini tapır. 2012-ci ildən kanal fəaliyyət göstərir və 911K abunəçisi var.


Playlist-dən nümunələr;


Dizaynın Biznesi (Business Of Design)


Dizayna Tənqidi Baxış (Design Critique)


Necə etmək olar?, Dərslər, Hiylələr & Məsləhətlər (How To, Tutorials, Tips & Advice)


Müəllif: Y.A.