Son dövrlərin ən populyar sosial media platforması TikTok-un CEO-su Kevin Mayer istefa etdiyini açıqlayıb. Mayer, CEO-luq pozisiyasında üç ay idi ki, yer alırdı.


Facemark.az-ın məlumatına görə, 1 İyun 2020-ci ildə The Walt Disney Company-dən gələn Mayerin çalışanlarına yazdığı istefa məktubunu CNBC ələ keçirdi. Məktubda bu ifadələr yer alır:


“Son həftələrdə, siyasi vəziyyət kəskin şəkildə dəyişib. Korporativ baxımdan bu dəyişikliklərin nələri gətirəcəyini və bunun bir hissəsi olduğum qlobal rol üçün nə mənaya gəldiyini uzun müddət düşündüm. Yaxın zamanda bu axına qarşı bir həll yolu tapmağımıza ümid edirdik. Ancaq nəticədə şirkətdən ayrılmağa qərar verdiyimi hamınıza bildirmək istəyirəm”.