Xəyallarınız nədir? – Bu suala həmən cavab verə bilirsinizsə, xoşbəxtsiniz. Amma o dəqiqə yox, bir az fikirləşib cavab verirsinizsə, üzülməyin, Sizin də xəyallarınız var. Sadəcə onlar hələ ortaya çıxmağı gözləyirlər.


Peşəkar və ya özəl həyatınızdakı uzun və qısa zamanlı hədəfləriniz nədir? Bu ay nələr əldə etmək istəyirsiniz? “Bu böhran vaxtı nə planlanma, sabah nə olacaq, heç bilmirəm” – deməyin.


Hədəfləriniz və dəyərləriniz arasında uyğunluq varmı? Siz, doğru yoldasınızmı? Yaşam tərzinizi bəyənirsinizmi?


Şəxsi inkişafı üzərində çalışanlara yuxarıda qeyd etdiyim sualların nə üçün olduğu bəllidir yəqin ki.. Əziz oxucu, bu sualları yazmaqda əsas məqsədim Sizin xəyallarınızı araşdırmaq deyil. Bu suallar - təməl qoyulmuş motivasiya səbəb olan ehtiyaclardır.


Bu yazını yazmağımın məqsədi insanın özü özünün rəhbəri olma xəyallarına və hədəflərinə çatmasının mümkün olduğunu, hətta özünə rəhbərliyin “daim inkişaf üçün əsaslı olmasına” vurğulamaqdır. Təbii ki, bu bir fəlsəfə olduğundan tək iş həyatı üçün nəzərdə tutulmayıb. Rəhbər dedikdə, öz özünün ağası olması, sözübütöv olması və çox mənalarda işlədilir. İnkişaf sahəniz işiniz olsun, ya da şəxsi həyatınız. Heç bir fərq yoxdur. Burda fəlsəfə və sistem tam eynidir.


Bu səbəbdən öncə qısaca rəhbərlik fəlsəfəsinə toxunmaq, daha sonra isə “öz özümün rəhbəri” necə olaraq, xəyallardan hədəflərə, hədəflərimizi də reallığa gerçəkləşdirə biləcəyimiz barədə məlumatlandıracam.


Dünəndən bu günə qədər növbəti yazım hansı mövzuda olsun? Hansı sahə üzrə yazı yazım ki, maraqlı olsun deyə düşüncələrim çox idi. Bilirəm ki, bu bir çoxlarınıza maraqlı olmayacaq belə.. Yalnız birdən yadıma bir kəlam düşdü və qərar verdim ki, bu gün üçün bu barədə yazı yazmalıyam. Dahi filosof Epiktetos demişdiki, “Öncə özünə kim olacağını sual ver, sonra bunun üçün nə lazımdırsa, et”.


Rəhbərlik sistemində ön plana çıxanlar


Dəyişməyi istəmək


Rəhbərlik sistemində hər şeyi dəyişməyi istəməklə başlıyır. İstər özünüzün rəhbəri olun, istərsə də, peşəkar bir rəhbərdən dəstək alın. Öncə dəyişməyi və dəyişdirməyi istəməlisiniz.


Öncə xəyallar


Hamızın xəyalları vardır. Fərqində olmaqdan belə, hədəflərimiz də vardır. Xəyalları hədəflərə gerçəkləşdirmək üçün öncə həyatımızda bizim üçün ən önəmli və vacib faktların həyat tərzinizdə rol alan vacib amilləri ayırıb, burada uzun müddətə xəyal etdiklərinizi seçməlisiniz. Ən kritik sual da burda yaranır. “Mən nə istəyirəm?”


Sonra hədəflər


Xəyalları hədəflərə çevirmək üçün, işin bir az daha taktik və metodik tərəfidir. (Specific Measurable Accepted Realistic Timely – Smart prinsipləri ilə etmək daha asan)



Burada çətin olan: Öncə uzun müddətli (10 il) hədəfləri qoymaq, daha sonra onları orta (5 il) və 1 illik müddətlərə planlamaqdır.


Çəkici güc “dəyərlərimiz”


Dəyərlər özümüzdə olan dəyişməzlərimizdir. Dürüst, yaradıcı olmaq, hər zaman daha yaxşı iş görmək kimi mücərrəd anlayışlar. Amma hədəflərimizin hər birinin dəyərlərimizlə güclü bağlantısı yoxdursa, o hədəflərə doğru irəliləməyimiz çətindir. Bu səbəbdən dəyərlərimizi təkrar xatırlamaq və günlük həyatımıza nə qədər sadiq qalaraq yaşadığımızı dəyərləndirmək, insanı təəccübləndirəcək təsirlərlə düşüncələrimizi oyatmaq lazımdır. Ən azından hədəflərimizə baxıb, hər hədəf üçün “bu hədəfə çatmaq mənim üçün niyə önəmlidir?” sualını bir neçə dəfə soruşmaq, dəyərlərimizi xatırlayıb onlarla olan bağlantımızı gücləndirmək üçün yaxşı bir başlanğıcdır.


Əvvəlki inanc və vərdişlər


Müsbət (istəsəm bacararam) və ya mənfi (şanslı deyiləm) ola bilən inanclarımız həyatımızın qanunlarıdır. Vərdişlər isə (səhər tezdən ayılıb planlı və ya spontan çalışmaq) erkən yaşdan yaranan tarazlıq faktorlarıdır. Nə zaman ciddi bir dəyişim lazım olursa, vacib olaraq bizi məhdudlaşdıran inanclardan uzaqlaşıb, bizi gücləndirən inanclarla hədəflərə doğru yönəlməliyik.


Fərqlilik edin


Bu günə olan hədəfinizi bilin və onu bu gündən etibarən fərqli etməyə başlayın. Misal üçün, səhər işə çalışmaqdan öncə bəlli etdiyiniz işi fərqli edin və günün sonunda evə qayıdarkən özünüz özünüzə bu sualları verin: “Bu günə olan hədəfi bacardımmı?”, “Hədəfə doğru fərqli olaraq nə etdim?”. Ancaq bu sualların cavabını özünüzə səmimi olaraq verin. Человек, не способный обмануть самого себя, едва ли сможет обмануть других. © Марк Твен


Şəxsi inkişaf planımız


Hamımız yaşımız artdıqca, həm işimizdə, həm də şəxsi həyatda fərq etmədən birilərinin rəhbəri oluruq. Məsələn, işdə komanda rəhbəri, evdə ailə başçısı, dostlar içində sözü yerən düşməyən yoldaş və s. Cavabdehlik daşıdığımız şəxsləri istiqamətləndiririk, inkişaflarına dəstək oluruq. Ancaq bunları edərkən şəxsi inkişaf planımızı və təcrübələrimizi nə qədər canlı və diri tuta bilirik?


Özünüzün düşüncələri ilə iç səsinizi dinləyib xəyallarınızı düzgün formada hədəflərə çevirmək və onları gerçəkləşdirmək üçün çalışırsınızmı? Bunları etmək çətin və ya heç də çətin deyil, deyə bilərsiniz. Xülasə, özümüz özümüzün rəhbərli olmağı bacara bilərmiyik? – Bu suala cavab olaraq, gələcək hədəflərinizi planlamaqda işiniz avand olsun; - deyirəm.


Sizə bir məsləhətim: Həyatınızı necə qurursunuzsa, qurun. Yalnız ona bir sənət əsəri kimi yanaşın. Ən azından bu əsərdən Siz və kimlərsə zövq alsın.


Malik Rəşidov


Ultra Technologies, marketinq direktor