İstər ölkəmizdə istərsə də dünyada ən çox istifadə edilən online xəritə sistemlərindən biri şübhəsiz Google şirkətinin xidmətlərindən biri olan Xəritələr (http://maps.google.com/) xidmətidir. Həm peyk görünüşü, həm də coğrafi informasiya sistemləri bazasında hazırlanmış interaktiv xəritə imkanları təqdim edən sistemin daha çox naviqasiya üçün istifadə edilir.


Mobil telefonlar üçün də geniş istifadə olunan “Google xəritələr” android əməliyyat sisteminə malik telefonlarda yüklənmiş olaraq gəlir, iOS və digər əməliyyat sistemli qurğulara isə “Google Play” marketdən yükləmək mümkündür. Hazırda 5 milyarddan çox yüklənən 12.178.972 ədəd şərh yazılan və 4 ulduz alan mobil tətbiq ən yaxın rəqibi Rusiya mənşəli Yandex şirkətinin təqdim etdiyi müvafiq tətbiqə aldığı bala (4.5) görə uduzsa da geri bildirim sayında onda üstündür.




Google xəritələrin təqdim etdiyi xüsusiyyətlərdən biri də seçdiyiniz məntəqəni “Favoritlər”, “Getmək istədiyim yerlər” və “Ulduzlu yerlər”, həmçinin özünün yarada biləcəyiniz başlıqda siyahıya salmaq və yaddaşa yazmaqdır. Hazırda işğalda olan bölgələrimizi “Getmək istədiyim yerlər” siyahısına əlavə edə bilərsiniz.



Aşağıdakı şəkillərdə gördüyünüz kimi seçilmiş bölgəni yadda saxlamaq üçün bir neçə variant təklif edilir. Bu siyahıda ikinci variantı seçməklə bölgəni "Getmək istədiyim yerlər" siyahısına əlavə etmək mümkündür.



Tezliklə bütün işğaldakı torpaqlarımızın azad olunduğunu görmək ümidi ilə...