ABBYY şirkətinin rəhbəri David Yan


İndi baş verən hər şeyi yenidən nəzərdən keçirmək lazımdır. Məsələn, şirkət necə işlədi, əməkdaşları nələr etdi və ya onlar istehlakçılar üçün hansı dəyərləri yaratdılar. Pandemiya ilə bağlı vəziyyət bəşəriyyəti digital transformasiya sahəsində uzun illər irəliyə apardı. Faktiki olaraq, hər bir şirkət müəyyən dərəcədə rəqəmsallaşdı. Məsələn, baş verən proseslərə daha tez adaptasiya olan və digər prosesləri daha tez avtomatlaşdıran və komandakı məsafəli çalışma sisteminə keçid edən şirkətlər digərləri ilə müqayisədə daha az təsir gördülər. Buna görə də, buradan belə nəticəyə gəlmək olar ki, şirkətlərin dəyişməz aktivi yenə də insanlar olaraq qalır. Əgər 2008-ci ilin maliyyə böhranı zamanı bizi maliyyə direktorları xilas etmişdisə, 2020-ci ildə isə bizi krisizdən HR direktorları (İnsan Resursları Mütəxəssisləri) xilas edəcək.


Teremok restoranları şəbəkəsinin qurucusu və baş direktoru Mixail Qonçarov


2008-ci ildə biznes üçün maliyyə böhranının miqyasını nəzərə alsaq bu 5-dən 3 balla qiymətləndirmək olardı. Hazırki vəziyyətdə isə bu rəqəm 5-də 5-dir. Fərq isə müxtəlif biznes sistemləri üzrə təsirliliyin dərəcəsi ilə bağlıdır.


SDVentures şirkətinin qurucusu və investor Dimitriy Volkov


2020-ci ildə baş verən böhran hər-hansı iqtisadi problemdən dolayı deyil, epidemiyadan dolayı baş verdi. Bundan başqa, hökumətlər iqtisadiyyata pul köçürmək baxımından çox fəal oldular. Ona görə də, krizis doğrudan da qeyri-adidir. Bəziləri deyir ki, krizislər, əsasən w formasındadır. Bu isə olacaq. Amma mənə görə isə böhranın w formasında olmağına heç bir ehtiyac yoxdur. Böyük ehtimalla bu V şəklində olacaq. Yəni, onsuz da bazarda enmə oldu və artıq biz bunu müşahidə etməyəcəyik. Böhranin xüsusiyyəti odur ki, o fərqli sahələrə, fərqli formada təsir edir. Birinci növbədə 2020-ci ildə olan böhran turizm, daha sonra isə maliyyə seqmentini vurdu. Bundan başqa, onlayn sahəsində isə ciddi artım müşahidə edildi: Məsələn, e-commerce, onlayn-təhsil, məsafəli çalışma sistemi üçün alətlər, əyləncə üçün oyunlar və s. Bu alətlər inkişaf üçün güclü bir stimul yaratdı.


SkyRest şirkətlər qrupunun həmtəsisçisi Aleksand Zatulivetrov


Əvvələn, fərq böhranın miqyası ilə bağlıdır. Əgər 2009-cu ildə biz düşündük ki, dibə vurmuşuq, 2014-cü ildə isə başa düşdük ki, dibdən də aşağısı var, amma indi fərqindəyik ki, biz Marian Çökəkliyindəyik. İkincisi, belə böhranların xüsusiyyəti hakimiyyətlərin (öz ölkəsi üçün nəzərdə tutur-red.) subyektivliyindədir. Kiçik biznes ilə məşğul olanlara cinayətkar gözü ilə baxırlar və bu seqment məhv edilir.


Flint Capital-ın idarəedici partnyoru Dmitriy Smirnov


Sahibkarlar effektivliyi artırmaq və itkiləri kompensasiya etmək üçün strukturlarında optimallaşdırmağa getməlidirlər. Mümkün qədər xərcləri azaldın. Məsafəli çalışma sistemində isə daha peşəkar işçiləri işə alın. Özünüzü daha uzun bir runway ilə təmin etməyə çalışın. Xarici və daxili yollar ilə şirkətə pul qazandırmağa çalışın. Özünüzün qazancı ilə deyil, şirkətin inkişafı və ayaqda qalması haqqında düşünün.