Məqalənin əvvəlini BURADAN oxuyun.


Veb standartlarınızı qoruyun


Veb standartlarına görə 100-də 100 olmaq, başqalarına sizin öz biznesinizdə ciddi olduğunuz təəssüratını verir. Veb standartlarını qarşılamaq üçün isə ehtiyac duyduğunuz bütün alətlər və tətbiqlər yenilənmiş olmalıdır. Və iş standartlarınızı artıracaq digər alətlərə də investisiya qoyun. Amma əmin olun ki, onlar doğrudan da sizin iş keyfiyyətinizin artmasına kömək olacaq.


Son hadisələrdən xəbərdar olun


Qrafik dizayn, onunla birlikdə hərəkət etməyinizin labüd olduğu, sürətlə dəyişən bir sahədir. Sektorda baş verən son hadisələrdən xəbərdar olun. İnsanların nə dediklərini eşitmək üçün forumları ziyarət edin, işinizi yaxşılaşdıracaq son proqramlar haqqında məlumatlı olun.


İşinizi qısa aralıqlarla saxlayın


Zəhmətinizin itirilməsindən pis bir şey yoxdur. Bu isə ona görə baş verir ki, işinizi yaddaşda saxlamağı unutmusunuz. Bu tip vəziyyət sizi əsəb vəziyyətinə sala bilər. Siz çox güman ki, itirdiyinizi yenidən yarada bilməyəcəksiniz, eyni zamanda dedlaynı da qaçırmış olacaqsınız. Dedlaynın stressi isə yaradıcılığınıza təsir edəcək. Buna görə, etibarlı tərəfdə olmaq üçün işinizi davamlı olaraq qoruyun.


Yeni kompüter alın


İşlərinizin rəvan və səmərəli getməsi üçün ən müasir avadanlıqların olması labüddür. Əgər kompüterinizin 5-dən çox yaşı varsa, o halda dizayn meylləri və yeni proqram təminatına uyğun olması lazımdır. Texnologiya çox sürətlə inkişaf edir. Qrafik dizaynında ən son trendlərə uyğun olmayan avadanlıqlardan istifadə etmək işinizin keyfiyyətini artırmayacaq.


Fərahladıcı bir duş qəbul edin


Biz demək istəmirik ki, sizdən iy gəlir! Ancaq soyuq bir duşun qəbulu nəbzinizi sürətləndirəcək, nəfəsiniz dərinləşəcək və bədəniniz sizi isti etməyə çalışacaq. Bu proses beyninizi oksigenlə təmin edir, artan ürək döyüntüsündən sonra yaranan adrenalin yeni enerjiyə təkan verir. Həm də rahat və sakit qalmaq performansınızı əhəmiyyətli dərəcədə artıracaq.