Real olaraq harada çalışmağınızdan asılı olmayaraq yenə də bunu edirsiniz. İşləyirsiniz... Evdənmi işləməlisiniz, yoxsa ofisdənmi? Dürüst olsaq deyək ki, olduğunuz sektor ilə bağlı olaraq effektli olacağınız mühit də fərqlidir. Yaxud ev ofisinizin nə qədər işlək və gözəl olması ilə də əlaqəlidir.


Bu gün həmkarlarımdan biri deyirdi ki, ona ayrılan 3 saat zaman kəsiyində (Azərbaycanda sərt karantin rejimindən dolayı, küçələrə çıxmaq sadəcə 3 saat ərzində, xüsusi icazə ilə mümkündür-red) bütün işləri vaxtında sahmana qoya bilib, normalda bu qədər zaman ona işlərini həll etmək üçün daha az gəlirdi. Eləcə də başqa biri isə deyirdi ki, o evdən işləyərək daha produktiv olub və gün ərzində daha çox iş ortaya qoya bilib. Müşahidəmə görə isə, normalda isə həmkarım vaxtının müəyyən hissəsini nahara və işdə dostları ilə müzakirələrə sərf edirdi.


Gəlin, onlayn işləməyin bəzi klassik üstünlüklərinə bir yerdə nəzər salaq.


Evdən işləməyin TOP 10 üstünlüyü


Rahat iş cədvəli: İstənilən an fasilə verə, ailə üzvləriniz zəng edən zaman dəstəyi asmağa tələsməyə bilər və istədiyiniz qəribə bir zamanda yemək yeyə bilərsiniz.


Xüsusi mühit: Evdəki gurultu səviyyəsini özünüz təyin edin. Bu dəlicə səssizlik ilə Ladi Qaqa konsertindəki ön sıralardakı olan səs-küy arasında bir yer ola bilər. İş mühitinizin dinamikasına diqqət edirsinizsə, bu zaman daha güclü bir ritm yaratmaq olar.


Rahat paltar: Evdə üzərində hərflər soyulmuş köynəyi geyinə və ya iş yerinizdəki insanların bilmədiyi paltarları istifadə edə bilərsiniz. (Ümid edirik, onlar haqqında heç nə bilməzlər). Ancaq həmkarlarımdan biri deyirdi ki, o birinci karantinin ilk günlərində evdə daha rahat paltarlar geyinmiş, amma daha sonra işdə olduğunu hiss etmək üçün daha səliqəli ofis geyimlərindən istifadə etmişdi. Əlavə edirdi ki, əsasən, onlayn görüşlərdə belə geyim onun işinə çox yarayırdı. Əlbəttə ki, belə bir seçim fərddən-fərdə dəyişir.


Zəng etmək daha asandır: Müştərilərdən birinə zəng etmək üçün konfrans otağı axtarmağınıza lüzum qalmayacaq, yaxud işdəki ən səs-küylü həmkarınız ilə kompromisə getməyə çalışmayacaqsınız. Düzdür, bəziləri üçün evdəki uşaqlar və ev heyvanları çətinlik yarada bilər. Ancaq evdə komfort və səssiz bir mühit yaratmaq da öz əlinizdədir.


Həftə sonu planlarınızı rahat ləğv edə bilərsiniz. Bir çox insanlar həftə içi çalışdıqlarına görə, həftə sonuna əlavə görüşlər salırlar. Ancaq evdən çalışan zaman, bütün həftə sonu vacib planların üstündən xətt çəkmək olar.


Diqqətinizi dağıdacaq ünsür yoxdur: Hansı müğənninin daha yaxşı səsi olub olmadığı haqqında mübahisə edən iş yoldaşları, yaxud pəncərənizin yaxınlığından keçən avtomobil səsləri yoxdur. Rahat ola bilərsiniz.


Sıfır gediş-gəliş: Yataqdan-yatağa. Yox, bunu mühakimə etmirəm. Belə yaxşıdır.


Pullarınızı yığmaq olar: Bir şəhərdə çalışırsınızsa, bilirik ki nahar bahalıdır. Evdə yemək hazırlayaraq böyük bir vaxta və pula qənaət edə bilərsiniz. Məsələn, Azərbaycanda bir nahar ən azı bir işçiyə 5-10 manata başa gəlir.


Küçələrdəki izdihamı və tıxacı unudun: Özünüzü ağzına qədər dolu avtobusa salmaq məcburiyyətində deyilsiniz, insanlar yeni ayaqqabılarınızı palçıq etmirlər, küçədə asta hərəkət edən insanların arxasıyca da getməli deyilsiniz. Çox sərt oldu? Məncə, yox!.


Sevdiklərinizə daha çox zaman ayırmaq olar. Evdə xəstə biri varsa, ona rahat qayğı göstərə, uşaqlarınız üçün daha erkəndən oyana, itinizi kiçik gəzintiyə çıxarmaq olar. Yaxud da sadəcə özünüzə bir az da olsa, rahatlıq verə bilərsiniz.


Əlbəttə, onlayn iş rejiminə keçməklə, bəzi əməkdaşlar öz oflayn iş yerlərini müvəqqəti olaraq itirdilər. Bu haqda da ayrıca bir məqaləmiz olacaq.


Çalışın, özünüzü COVİD-19-dan qoruyasınız.


Ülviyyə Əlizadə,


facemark.az baş redaktor