Sahibkar, idarəçi Aysel Cəbrayılovanın təqdimatında yeni “Biznes Konsaltinq” layihəsi reallaşdırılır.


Facemark.az-ın məlumatına görə, “Biznes Konsaltinq” layihəsi sahibkar, startapçı, işgüzar şəxslərin yol yoldaşı olacaq. Bütövlükdə layihə işgüzar şəxslərin inkişafı, Azərbaycandakı biznes mühitinin dirçəlməsi, ölkəmizə investisiya təşviqini stimullaşdırmaq məqsədi daşıyır.


Layihə 3 istiqamət üzrə fəaliyyət göstərəcək:


1. Kiçik və Orta biznesin inkişafı;


“Birinci və əsas istiqamət kiçik və orta bizneslərə dəstək olacaq. Bu gün kiçik və orta biznes sahiblərinin top menecerləri cəlb edəcək qədər büdcələri yoxdur. Hazırki pandemiyaya görə olan təsirlərdən çox zərər çəkiblər. Ona görə biz çalışacağıq ki, bu layihədə onlara dəstək olaq. Biz onlara ödənişsiz konsultasiyalar həyata keçirəcəyik, daha sonra isə onların naliyyətlərini paylaşacağıq”, - deyə layihə müəllifi Aysel Cəbrayılova deyib.


2. İnnovasiya və startup mühitinin yaxşılaşdırılması;


Aysel Cəbrayılova: “İkinci istiqamət isə innovasiya və startapdır. Düzdür, bu gün startaplar sahəsində ölkəmizdə çox böyük işlər görülür. Ancaq bununla paralel olaraq bunu stimullaşdırmaq lazımdır. Biz onlara dəstək olmağa çalışacağıq”.


3. Ölkəmizə, xüsusilə Qarabağa investisiyanın cəlb edilməsi.


Layihədə aşağıdakı mütəxəssislər iştirak edəcək:


1. Kiçik və Orta Sahibkarlar


2. Biznes idarəçiləri


3. Konsultinq şirkəti rəhbərləri


4. Öz sahəsində ixtisaslaşan mütəxəssislər


Aysel Cəbrayılova, layihə ilə bağlı əlavə edib ki, “İnanırıq ki, biz birlikdə iqtisadiyyatımızın güclənməsinə öz töhfəmizi verəcəyik. Bu yolda Sizinlə birgə addımlamaq qürurvericidir. Əminəm ki, bu layihəni mənim qədər Siz də mənimsəyəcəksiniz. Çünki bu layihə təkcə mənim yox, hər kəsindir”.


“Biznes Konsaltinq” layihəsinin gedişatı ilə bağlı son məlumatları aşağıdakı sosial şəbəkələr üzərindən izləyə bilərsiniz.


#BusinessConsulting #BiznesKonsaltinq #KOB #sahibkar #idarəçi #investisiya #kredit #Azərbaycan #Biznes #startup #innovasiya