Golden Drum 2020-ci ildə pandemiyadan dolayı təxirə salınmışdı. Bu il isə yaradıcılığı yenidən mükafatlandırmağa hazırlaşır. Jüri “kreslo”sunda əyləşəcək şəxslərin də adı açıqlanmağa başlayıb.


Facemark.az xəbər verir ki, WHAT və WHY bölümlərini bu il Creative Business Excellence Drum, Craft Drum, One-Channel Drum və Omni-Channel Drum olmaqla dörd bölüm əvəzləyəcək.



Creative Business Excellence Drum bölməsinə “Primer” həmtəsisçisi və “Reklamçılıq Vəqfi” rəhbəri Ömür Kula Çapan rəhbərlik edəcək.


Golden Drum-da müraciətlər qarşıdakı ayda sonlanacaq, mükafatlar isə 15 oktyabrda açıqlanacaq.


Digər bölümlərin jüri üzvlərinin adları isə qarşıdakı günlərdə elan ediləcək.