İdman mallarının istehsalçısı olan Adidas özünün törəmə şirkəti olan Reebok-u satır.


Facemark.az xəbər verir ki, bu haqda rəsmi məlumatda deyilib.


Marka Adidas-ın beş illik strategiyası çərçivəsində satılır.


“Daha diqqətli düşündükdən sonra, bu qərara gəldik ki, Reebok və Adidas bir-birindən asılı olmadan öz potensiallarını daha yaxşı nümayiş etdirə bilərlər.


“Yaxın aylarda Reebok markası və arxasındakı komanda üçün uğurlu bir gələcək təmin etmək üçün çox çalışacağıq”, - deyə Adidas-ın baş direktoru Kasper Rorsted deyib.


Adidas-ın 2025-ci ilə qədərki biznes planı haqqında daha ətraflı məlumatı, media və investorlara özəl virtual bir təqdimatda 2021-ci ilin martın 10-da nümayiş etdiriləcək.


Adidas-ın Reebok markasını satması ilə bağlı imkanlar haqqında 2020-ci ilin oktyabrından bəri düşünülməyə başlanılıb. Həmin vaxt alıcılar arasında Amerika şirkəti VF Corporation və Çin şirkəti Anta Sports var idi.