San Fransiskonun ödəmə sistemləri şirkəti Square daha 170 milyon dollarlıq bitcoin aldığını açıqlayıb.

Facemark.az xəbər verir ki, şirkət bitcoinə daha öncə etdiyi investisiyaları 3 qatına çıxarıb və xəzinəsinə 170 milyon dollar qarşılığında 3318 bitcoin əlavə edib.

Twittetin CEO-su Jack Dorsey-ə aid olan Square, 50 000 dollar ilə rekord qıran bitcoinin dəyərinin daha çox artacağını düşünür.

Bitcoinə investisiya edən xalqa açıq şirkətlərdən biri olan Square 2020-ci ilin dördüncü rübündə 4709 bitcoin almışdı.

Son həmləsi ilə birlikdə bitcoinin sayını 8037-ə yüksəldib. Şirkətin ümumi investisiyalarının 5%-i bitcoinə aiddir.

Şitkət açıqlamasında bitcoin də daxil olmaqla kriptovalyutalara olan inamını vurğulayıb: "Square, kriptovalyutaların fərdlərin qlobal bir valyuta sistemində iştirakı və özlərinin maliyyə gələcəklərini təhlükəsizliyə almaq üçün bir vasitədir. Şirkət bitcoindəki ümumi investisiyasını digər investisiyalara görə davamlı olaraq dəyərləndirməyi düşünür".