Daha öncə Cannes Lions festivalı və mükafatlandırma mərasiminin iyunun üçüncü həftəsində Fransada üz-üzə reallaşdırılması gündəmdə idi.

Facemark.az xəbər verir ki, hazırda alternativ hallar masada müzakirə edilir.

Ad Age mövzuya uyğun mənbələrdən əldə etdiyi məlumata görə, dünya miqyasında insanların vaksin olunacağı və beynəlxalq səyahət maneəsinin aradan qalxacağı proqnozlarının reallaşması ehtimalı zəifləyib.

Nəticədə Cannes, həm digital, həm də üz-üzə reallaşdırlacaq hibrid bir model üzərində dayanır.

Adıçəkilən planlara Avropalılar üçün Cannes, amerikalılar üçün Nyu-York və bir ehtimal digər şəhərlərə yayılacaq kiçik, üz-üzə tədbirlərin təşkil edilməsi, jüri dəyərləndirməsi və mükafatlandırma mərasimin isə onlayna keçirilməsi dəyərləndirilir.

Bir festival nümayəndəsinin şərh etməkdən imtina etdiyi planın qarşıdakı ayda dəqiqləşməsi gözlənilir.