Netflix hesab paylaşımı ilə mübarizə aparmağa başlayıb. Hazırda kimsə öz hesabına daxil olmaq istəsə bu halda ekranda bir açılır pəncərə görünəcək. Orada yazılacaq: “Bu hesabı sahibi ilə birgə bölüşmürsünüzsə, sizə davam etmək üçün şəxsi hesab lazım olacaq”. Bundan sonra şəxsin SMS və elektron poçt yolu ilə verifikasiyadan keçməsi və 30 günlük test başlatması təklif ediləcək.


Facemark.az xəbər verir ki, Business Insider nəşrinin məlumatına görə, hazırda yeni funksiya yalnız televizor əlavələrində görünəcək.


Netflix ilə istifadəçi razılaşmasına görə, istifadəçi parolunu digər şəxslər ilə paylaşmaq olmaz. Ancaq şirkət daha əvvəl bu qaydanı tətbiq etmirdi.


Netflixi eyni anda izləyəcəyiniz cihazların sayı isə abunəlik şərtləri ilə məhdudlaşır. Akkaunta istənilən sayda cihazdan daxil olmaq olar.


2016-ci ildə açıqlamasında Netflix-in CEO-su Rid Hastinq demişdi ki, “qanuni parol paylaşımı daha çoxdur, bu uşaqlarınız və həyat yoldaşınız ilə ola bilər. Dəqiq bir sərhəd yoxdur, bizim üçün olduğu kimi hər şey yaxşıdır”.


Bloomberg-in məlumatına görə isə 2019-cu ildə Netflix və kabel nəhənglər qrupu HBO ilə parolun digər şəxslər ilə bölüşməsinin qarşısını almaq üçün birləşib və istehlakçı dostu bir təklif irəli sürüb. Seçimlər arasında SMS ilə təsdiqləmə və mütəmadi olaraq parolun dəyişdirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, platforma bütün dünyada 37 milyon yeni istifadəçi əldə edib, xaricdə ötən ay isə abunəçi sayı 200 milyonu keçib. Qonşu ölkə Rusiyada isə 2020-ci ildə onlayn kinoteatrın gəliri 80% artım nümayiş etdirib. Netflix 2020-ci ilin ikinci yarısında isə 207% gəlir artımı nümayiş etdirmişdi.