Vertiv Türkiyə və Orta Asiya ölkə müdiri Zekai Güler deyir ki, vaksinlərin ən uyğun şərtlərdə saxlanılması və istifadə anına qədər qorunması üçün fasiləsiz güc sistemlərinin tətbiqi olduqca vacibdir.


Facemark.az xəbər verir ki, Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, doğru istiliyin tətbiq edilməməsindən dolayı yaranan uyğunsuz saxlama səbəbindən hər il dünyada istehsal edilən vaksinlərin 50%-i israf edilir.


Pfizer və Moderna-nın yeni COVID-19 vaksinləri çox soyuq depolama tələb edir. Elə buna görə də bu gün bu məsələnin əhəmiyyəti daha da artır.


COVID-19 vaksinlərinin ilk seriyası paylanılıb. Bu səbəbdən səhiyyə təşkilatlarının vaksinlərin -80 santrigrat dərəcəyə qədər aşağı soyuqluqda salanmasının təmin etmək üçün ultra soyuq soyuducuların satın alınması da daxil olmaqla, çatdırılmalar ilə bağlı da hazırlıqlar görməlidirlər.


Fəqət bu cür avadanlıqları almaq və çalışdırmaq, güc parametrlərini kontrol etmək, düzəltmək, ya da təcilli vəziyyətdə güc mənbəyi təmin etmək kimi kritik nöqtələri nəzərdən keçirmək lazımdır.


Vertiv Türkiye və Orta Asiya ölkə müdiri Zekai Güler, “koronavirus ilə ciddi bir mübarizə apardığımız bu günlərdə vaksinlərin ən uyğun şərtlərdə saxlanılması və istifadə anına qədər qorunması üçün fasiləsiz güc sistemlərinin tətbiqi kritik bir önəm daşıyır” , - deyir.