Azərbaycanda tanınmış aktyor və aparıcı Ramiz Hüseynzadə vəfat edib.


Facemark.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar.


Bildirilib ki, 42 yaşlı aktyor beyninə qan sızmasından (insult) dünyasını dəyişib.


Qeyd edək ki, R.Hüseynzadə 1979-cu ildə Bakıda anadan olub. O, müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən “ARI Production”ın təsisçisi və rəhbəri idi.