İstifadəçilər Sintszyan pambığı alana qədər şirkətin məhsullarından imtina etməyə çağırıb.

Çin səlahiyyətliləri və vətəndaşları ölkənin Sintszyan pambığından istifadə etməkdən imtina etdiklərinə görə, H&M və Nike brendlərinə qarşı boykot elan edib.

Facemark.az-ın məlumatına görə, şirkətlər baş verənlərdən narahatdırlar, ancaq prinsiplərindən imtina etməyə razı deyillər.

Məsələ burasındadır ki, yuxarıda adları çəkilən brendlər də daxil olmaqla, bir sıra dünya brendlərinin belə qərar verməsinə səbəb Sintszyan əyalətində pambıqların yetişdirilməsi zamanı uyğurların kölə əməyindən istifadə edilməsidir. Bu markalar ABŞ və müttəfiqləri tərəfindən Çinə qarşı başladılan kampaniyaya qoşulub.

Çinli vətəndaşlar, səlahiyyətliləri, məşhurları isə brendlərin bu hərəkətindən sonra, şirkətlərə etiraz olaraq, onların mallarını almaqdan imtina ediblər.

Ölkənin ən böyük sosial şəbəkəsi olan weiboda istifadəçilər yerli istehsalçılara dəstək olmaq üçün məhsul satmaq təcrübələrini bölüşüblər və fotolarını yerləşdiriblər. Ölkənin populyar ticarət platformaları hər iki istehsalçının mal axtarışını dayandıraraq boykota qatılıb.

Qeyd edək ki, 2019-cu ildə H&M-nin Çində satışları 1,4 milyard dollara çatıb. Nike-ın Çində 7000 mağazası var, 2020-ci ilin maliyyə ilində (mayda başa çatıb) isə bu ölkədə satışları 6,7 milyard dollara yüksəlib.

Hər iki şirkət üçün Çin bazarı 3-cü yeri tutur.