Böyük bir digitallaşma küləyinin təsirindəyik. Qlobal olaraq markaların çoxu buna hazırlıqsız yaxalandı və hər şey çox sürətli olur. Həmkarların fikirlərinə qulaq vermək və onları izləyərək, təcrübələrindən bəhrələnmək çox böyük fayda verir. Bu aspektdə kiçik və orta müəssisələrin digitallaşmasına fokuslanan istehlakçı tələbləri də artır. Artıq istehlakçı evindən çıxanda istədiyi məhsulu ala biləcəyindən əmin olmaq istəyir.


Kiçik və orta müəssisələrin böyük bir qismi işlərini oflayndan idarə edir. Dəyişən müştəri davranışı aspektindən onların digitallaşma səyahətinə çıxmağı böyük məna kəsb edir.


Digital dünyada yer alın


Digital dünyaya keçid etmək üçün ilk addım olaraq müəssisənizi internetə daşımalısınız.


Türkiyədə 3 milyondan çox kiçik müəssisə var. Müəssisə rəhbərləri inanır ki, firmalarını offlayn kanallar üzərindən idarə edilməsi onların satışlarını artırır, daha az xərcə səbəb olur. Bu firmaların yalnız 28%-nin veb səhifəsi var. Bu rəqəmlər onu göstərir ki, kiçik müəssisələr digitalda yer almaq üçün hələ çox yol almalıdırlar.


Digital səyahətinə çıxmaq və internetdə qabaqcıl sıranı tutmaq üçün “Google Mənim Müəssisəm”də biznes məlumatlarınızı (açılış, bağlanış saatları, lokasiya, kommunikasiya məlumatları və s.) daxil olmalı və firmalarınızı buradan idarə etməyə başlamalısınız. Tamamilə pulsuz olan bu vasitədən istifadə etməklə firmalarınızın xəritələrdə tapılmasına kömək ola bilərsiniz. Biznes məlumatlarınızı yeniləməli və müştərilərin sizə çatmasını asanlaşdırmalısınız.


Digitalda qabağa keçin və münasibətləri genişləndirin


Bir çox kiçik və orta müəssisələr, firmalarını digitala keçirmək üçün kifayət qədər mənbənin olmadığını düşünür. Texniki məlumatı olmaya istifadəçilərin veb səhifəsi yaratmağını asanlaşdırmaq üçün bəzi veb saytı xidmətləri mövcuddur. Bunun sayəsində veb səhifəsi, məhsul və xidmətlərinizi yarada bilər, hekayələr paylaşa və e-ticarət vasitələri ilə satışlarınızı artıra bilərsiniz.


İnternet aləminə keçid etdikdən sonra, müəssisələr digital dünyada uğurlu olmaq üçün müştərilərinə daha effektiv bir şəkildə çatmalı və münasibətlərini inkişaf etdirməyə çalışmalıdır. Müştəriləriniz ilə video, e-poçt, çeşidli kanallar vasitəsilə əlaqə qurmağınız daha faydalı ola bilər. Bu əlaqələrin köməyi ilə internetdə müştəriləriniz ilə olan əlaqənizi gücləndirə və onlarla davamlı şəkildə əlaqədə qala bilərsiniz.


Yeni müştərilərə çatın və istədiyiniz yerdən işləyin


Firmanızı reklam edərək rəqibləriniz arasından seçilə bilərsiniz və yeni kommunikasiya kanalları da yarada bilərsiniz. Bunun hesabına sizi daha öncə eşitməyən müştərilər, təqdim etdiklərinizə oxşar məhsul və xidmətlər ilə tanış ola bilər və yeni potensial müştərilər qazana bilərlər.


Digitalda firmanızı inkişaf etdirməyə başlayın


Digital dünyada yer alın. Digital səyahətinizin ilk addımında, firmanızı “Google Mənim Müəssisəm”ə köçürün və əlaqənizi buradan idarə edin.


Digitalda qabaqcıl olun və əlaqələrinizi inkişaf etdirin. Veb səhifəniz vasitəsilə hekayənizdən bəhs edə, satışı artıra, müştəriləriniz ilə fərqli kanallar vasitəsilə təmas edə bilərsiniz.


Yeni müştərilərə çatın və istədiyiniz yerdən çalışın. Digitallaşma prosesində firmanızın reklamını edə və asanlıqla müştərilərinizə çata bilərsiniz. Eləcə də otaq çalışma sahələrindən istifadə edərək, çalışanlarınız ilə əlaqə qura bilərsiniz.


Mənbə: Think with Google