Xiaomi, yenilənən markası ilə ağıllı, elektrik mühərrikli nəqliyyat vasitələrinə qarşıdakı 10 il ərzində 10 milyard dollar investisiya edəcək.


Xiaomi Corporation (“Xiaomi” və ya “Grup”), Honk Konq Birjasına (Hong Kong Stock Exchange (HKEX) ictimaiyyətə açıqlamasında ağıllı, elektrik mühərrikli nəqliyyat vasitələrinin istehsalına başlaması ilə bağlı hazırlıqları elan edib.


Xiaomi-nin qurucusu, rəhbəri və CEO-su Lei Jun, 2021 martında etdiyi flaqmanda şirkətin 10 milyard RMB başlanğıc investisiyası ilə tamamilə Xiaomi-yə aid bir alt quruluş altında fəaliyyət göstərəcəyini elan edib.


Xiaomi, qarşıdakı 10 il ərzində ümumilikdə təxmini 10 milyard ABŞ dollar həcmində investisiya etməyi hədəfləyir.


Lei Jun, eyni zamanda ağıllı, elektrik mühərrikli nəqliyyat vasitəsi üçün qurulan alt quruluşun CEO-su olaraq da vəzifəsini icra edəcək.


“Bu, həyatımın son böyük investisiya layihəsi olacaq!”.


Lei Jun, “Bu qərarı bütün şəriklər arasında aparılan çoxsaylı müzakirələrdən sonra aldıq”.


“Bu, həyatımın son böyük investisiya layihəsi olacaq. Bütün şəxsi etibarımı ortaya qoymağa və ağıllı, elektrik mühərrikli nəqliyyat vasitələrimiz üçün lazım olan bütün mübarizəni verməyə hazıram”.


Xiaomi elektrik mühərrikli nəqliyyat vasitəsinin uğur əldə etməsi üçün lazım olan mübarizə ərzində komandamın lideri olmağa qərarlıyam”, - deyib.


Jun, eyni zamanda deyib ki, Xiaomi-nin idarəetmə komandası son 75 gündə elektrik mühərrikli nəqliyyat vasitələrinə yönəlik 200-dən çox sektor mütəxəssisi ilə 85 iclas, 4 şirkətdaxili idarəetmə müzakirəsi və iki idarəetmə iclası olaraq çox əhatəli və çoxsaylı araşdırmalar aparılıb.


Jun sözlərini: “Bu qərarın verilməsində Mi fanatlarının Xiaomi-nin dəyərlərinə olan etibarları və markaya verdikləri davamlı dəstəyin də böyük təsiri olub.


Bu da Xiaomi-nin yeni bir cığır açaraq, ağıllı elektrikli mühərrik sektoruna daxil olmasında vacib bir rol oynayıb. Son maliyyə nəticələrinə görə, dünya miqyasında ağıllı telefon satışlarımız 146 milyona çatıb. Dünyanın ən böyük üç ağıllı telefon istehsalçısı arasında yer almağa davam edirik.


Üst səviyyəli ağıllı telefon satışlarımız 10 milyona çatıb. TV satışlarında isə Çində ard-arda 8 rübdür ki zirvədəki yerini qoruyur. Xiaomi-nin AIoT platformasında 324,8 milyondan çox bağlı cihaz var.


Aylıq 86,7 milyon aktiv istifadəçiyə sahib olan XiaoAI süni zəka assistanı ilə ağıllı ev sektoruna liderlik etməyə davam edir.


“2020-ci ilin sonunda qrupumuz ümumilikdə 108 milyard RMB nağd rezervinə sahib olub”.