Bu gün bir çox sosial şəbəkələrdə qeydiyyatdan keçirik. Bəzən sosial şəbəkə parollarımızı yadda saxlamaqda çətinlik çəkirik. facemark.az bu gün parollarınızı bircə tətbiqdə qorumaq üçün həllərdən bəhs edəcək. Bu əlavələrin bəziləri pullu, bəziləri isə pulsuzdur.


1. Zoho Vault



Qiyməti: Pullu və pullu versiyalar üzrə qiymətlər 1,4 və 7 avrodur.


Zoho Vault — pulsuz şəxsi parol idarəedicisidir. Əlavədə sonsuz sayda parol, qeyd, fayl, sənədlərinizi mühafizə edə bilərsiniz. Burada bir parol yaradıcısı və avto saxlama vardır. Bundan başqa, Zoho Vault iki faktorlu qoruma ilə mühafizə edilmişdir. Ona görə də parollarınızın təhlükəsizliyindən asanlıqla əmin ola bilərsiniz. Əlavənin şəxsi versiyası ilə yanaşı, kiçik və böyük şirkətlər üçün də inkişaf etdirilmiş versiyaları var. Onların funksiyaları isə daha genişdir. Məsələn, məlumatların saxlanması və parolların dəyişdirilməsi ilə bağlı bildirimlər var.


BURADAN YÜKLƏYİN https://apps.apple.com/ru/app/id634857858


2. LogMeOnce



Qiyməti: Pulsuz


LogMeOne


Sinxronizasiya və çox faktorlu identifikasiyanı dəstəkləyən başqa bir pulsuz parol meneceridir.


BURADAN YÜKLƏYİN https://apps.apple.com/ru/app/id972000703


3. LastPass



Qiyməti: Pulsuz və ildə 900 rubl olmaqla premium versiyası var


LastPass-ın da köməyi ilə sonsuz sayda parolu mühafizə edə bilərsiniz. Bu əlavənin digərlərindən fərqi odur ki, premium versiya birdən çox cihaz arasında məlumatları sinxronizasiya edir, masaüstü proqramlar üçün parolları saxlayır, təsnif edilmiş qovluqları digər insanlarla bölüşməyə imkan verir.


BURADAN YÜKLƏYİN https://apps.apple.com/ru/app/id324613447


4. Dashlane



Qiyməti: Pulsuz şəkildə 2990 rubl olmaqla premium versiyası var.


Bu, platformanın rəqiblərindən fərqi budur ki, istifadəsi olduqca sadədir.


Windows və Mac üçün proqramları buradan yükləyə bilərsiniz.


Windows https://play.google.com/store/apps/details?id=com.dashlane&hl=ru&gl=ru


Mac


https://apps.apple.com/ru/app/id517914548


5. RoboForm



Qiyməti: Pulsuz və premium versiyası ildə 20 dollardır.


Burada 10-a qədər parolu qoruya bilərsiniz, daha çoxu üçün isə platforma pulludur. Əlavə Windows, Mac, iOS, Android və Chrome-da dəstəklənir. Bütün versiyaları isə öz saytlarından tapmaq olar.


https://www.roboform.com/download


Pulsuz KeePass, pulsuz və premium versiyası olan Sticky Password, premium versiyası olan 1Password, premium versiyası olan OneSafe, premium versiyası olan Splikity də onların arasındadır.


Bəs, siz parollarınızı hansı əlavədə qoruyursunuz? Şərhdə bizimlə bölüşün.