şənbə, 24 iyul 2021

Cannes Lions 2021-in planı dəqiqləşdi: Oflayn, yoxsa onlayna davam?

737

Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı bu il onlayn təşkil ediləcək.

İlin ilk günlərində iyunda üz-üzə reallaşdırılması planlaşdırılan, ardınca isə iki qitəyə və digitala yayılacaq hibrit bir planın dəyərləndirildiyi, son olaraq ABŞ-da Nyu-Yorka uzanması gündəmə gələn Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalında planlar dəqiqləşdi.

Facemark.az xəbər verir ki, bu gün yayımlanan rəsmi açıqlamaya görə, festival 21-25 iyunda Cannes Lions Live adı ilə tamamilə digitala daşınacaq. Mükafatlar yenə Cannes Lions Live çərçivəsində elan ediləcək.

Cannes Lions-un İdarə Heyətinin rəhbəri Philip Thomas son bir ildir festival planı üzərində çalışdıqlarını deyib. O, əlavə edib ki, 2021-ci ildə də bu formatda irəliliyəcəklər və insanları virtual dünyada bir araya gətirəcəklər.

Mayda istifadəyə veriləcək LIONS Membership-ə üzv olanlar Cannes Lions Live-ə pulsuz qoşula biləcək.

LIONS Membership üçün bir illik üzvlük haqqı 249 avro olacaq, keçmişdə Aslan qazananlara isə üzvlük hədiyyə ediləcək.

Yalnız Cannes Lions Live-də iştirak etmək istəyənlər 249 avro qarşılığında onu izləyə biləcəklər. 30 yaş altı istifadəçilərə və gələcək vəd edən istedadlara isə endirim təklif ediləcək.

LIONS Membership və Cannes Lions Live-ə qeydiyyat mayda elan ediləcək. Detallı məlumatlar isə qarşıdakı dövrlərdə açıqlanacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik