cümə, 14 may 2021

Softtech 2021 texnologiya hesabatını yayımladı

291

Softtech hər il sahəsində mütəxəssis olan şəxslərin proqnozları əsasında 2021 texnologiya hesabatını yayımlayır.

  • Robotlar işimizi əlimizdən almır

Gələcəkdə robotlar və avtomatlaşdırma düşündüyümüz kimi işlərimizi əlimizdən almır, məşğulluğu azaltmır, əksinə artırır. Hesabatda qeyd edilib ki, 2020-ci ildə ortaya çıxan Covid-19 pandemiyası ilə qurumların digitallaşma və avtomatlaşdırma trendi yüksəlir. 2025-ci ildə iş dünyasında çalışan insan və robot sayının bərabərləşməsi gözlənilir. Robotların artan istifadəsi ilə 2025-ci ilə qədər 26 böyük iqtisadiyyatda ümumilikdə 85 milyon iş sıradan çıxacaq, əvəzində isə 97 milyon yeni iş yeri yaranacaq. Ümumilikdə, məşğul şəxslərin 50%-nin evdən çalışacağı proqnoz edilir.

  • 2025-ci ildən sonra, 5G hava və su kimi olacaq

5G istiqamətində işlər davam edir və o həyatımızı dəyişdirəcək texnologiyalar arasında yer alacaq. 2025-ci ildən sonra 5G-dən su, elektrik, hətta suyun yoxluğunu hiss etmədiyimiz kimi istifadə edəcəyik. Öncəki nəsillərdən fərqli olaraq 5G, digər sektorlarda da sıx istifadə ediləcək bir telekommunikasiya standartı deyil. Kənd təsərrüfatı, səhiyyə, avtomobil, enerji, təhsil, əyləncə, maliyyə və s. sahədə ehtiyacları qarşılamaq üçün inkişaf etdirilən bir sənaye standartı olacaq.

  • TAM HESABATI BURADAN OXUYA BİLƏRSİNİZ

https://softtech.com.tr/2021-softtech-teknoloji-raporu/

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün