Bir ilə yaxındir ki, koronavirus pandemiyasından dolayı insanlar evə qapanıb. Hər sektora zərər gəlib. Fəqət, bu vəziyyət bəzi sektorların daxilində yer alan şirkətlərin böyümələrinə mane olmayıb.


Dünyanın qabaqcıl marka dəyərləndirmə şirkəti Brand Finance, son yayımladığı siyahı ilə bu vəziyyətə bir sübut tapıb.


Hər il il “Apperal 50” siyahısında ən dəyərli 50 geyim markası açıqlanır. Son 6 ilin lideri Nike uğuruna davam edib və 7-ci dəfə üst-üstə zirvədə yer alıb.


Gəlin, siyahıda qabaqcıl digər markalara nəzər yetirək.


Siyahının zirvəsində yer alan ad, son 6 ildə zirvəni kiməsə verməyən Nike olub. Beləliklə, Nike 30,443 milyard dollarlıq dəyəri ilə 7-ci dəfə üst-üstə “ən dəyərli geyim markası” adına layiq görülüb. Nike-ın ötən ilki dəyəri isə 34,792 milyard dollar idi.



Nike-ı 2-ci sırada izləyən marka isə 15,599 milyard dollarlık dəyəri ilə Gucci olub. Yenə Nike ən yaxın rəqibinə 2 qat daha bir fərq yaratdı. Üçüncü sırada isə 14,858 milyard dollarlıq dəyəri ilə Louis Vuitton yer alıb. Nike-ın ən böyük rəqiblərindən biri olan Adidas isə 14,342 milyard dollarlıq dəyəri ilə özünü siyahının 4-cü sırası olub.


İç geyim markası Victoria’s Secret bu il ən çox dəyər itiriən 3-cü marka olub. Victoria’s Secret, 1 il ərzində 22% dəyər itirib və hazırda 4,2 milyard dollarlıq bir dəyərə sahibdir.