Subway əməkdaşları və franşayzinqdən Insider nəşrinə verilən məlumata görə, şirkət şəbəkəni satmağı planlaşdırır.


Pacific Management Consulting Group-un analitiklərindən biri olan Con Qordon təsdiq edib ki, son il yarım ərzində Restaurant Brands International və Inspire, Subway-ı almaq barəsində düşünüb.


Inspire, Baskin Robbins və Dunkin' Donuts, Restaurant Brands International — Burger King-i idarə edir.


Subway-in baş icraçı direktoru olan Con Çidsi, 2000-ci illərin əvvəllərində Burger King-ə rəhbərlik edib. Çidsi kompaniyanın xərclərini azaltdı və 2010-cu ildə onu Restaurant Brands International-ı quran, investisiya şirkəti 3G Capital-a satıb.


2011-ci ildə sahibkar Burger King-dən getdi və 2019-cu ildə Subway-ə rəhbərlik etməyə başlayıb.
Şayiələrə görə, Çidsi Burger King-dəki eyni strategiyanı Subway üçün də etmək istəyir, xərcləri azaltmaq, alıcıları cəlb edən, ancaq franşayzinqləri çəkindirən sövdələşmələrə təşviq etmək.


Bəziləri isə deyir ki, Subway-in satılması ilə bağlı fikirlər hələ Çidsi şirkətə gəlməmişdən öncə də olub. Şəbəkənin satışları 2019-cu ildə 10,2 milyard, 2020-ci ildə isə 8,3 milyard dollara düşüb. ABŞ-da şirkətin müəssisələrinin sayı 24 000-dən 22 000-ə endirilib.


Insider-dən isə deyirlər ki, Subway öz bölmələrini bağlayır, şirkət markanın yaxınlığındakı müəssisəsinə deyil, başqa bir markaya keçid edir.