Hello, Baku! Yeni təkrarolunmaz Range Rover Evoque şəhər sakinlərini məhz belə salamlayır! O, artıq şəhərdədir – Elmlər akademiyasının park meydanında, paytaxt sakinləri onun çılğın xəttlərinə tamaşa edə bilər. Şəhərin gecə işıqları ilə əhatə olunan Range Rover Evoque bütün gözəlliyi ilə öz aqressiv dizaynına diqqət cəlb edir. Dünyanın ən parlaq meqapolislərindən ilhamlanan bu avtomobilin nəbzi “Bakının nəbzi ilə eyni ritmdə vurur”.


Yenilənmiş Range Rover Evoque avtomobilin belə qeyri-adi,füsünkar təqdimatını, brendin Azərbaycandakı rəsmi nümayəndəsi – Crystal Motors Kompaniyası keçirdi.


Böyük şəhərin dəb qanunvericisi olan Range Rover Evoque komfort və surətin həvəskarları üçün əvəzolunmazdır. Yeni Range Rover Evoque özündə Range Rover brendinin müasir aqressiv dizayn, ən yeni texnologiyalar, yolsuzluq xüsusiyyətlərini birləşdirir. Bu model, brendin tarixində ən yığcam, yüngül və qənaətli avtomobil sayılır və həqiqətən də heyranedici görünüşə malikdir.


Yeni Range Rover Evoque öz sələflərini ekoloji xüsusiyyətlərinə görə ötüb. Avtomobilin yığcam ölçüləri və ona tətbiq olunmuş müasir texnologiyaları yanacaq qənaəti və zərərli tullanmaların aşağı səviyyəsinə, həmçinin möhtəşəm mühərrik xarakteristikasına nail olmağa səbəb olub. Şübhəsiz ki, Range Rover Evoque əfsanəvi Land Rover Terrain ResponseTM sistemilə öz sinfində ən yaxşı səviyyədə istənilən hava şəraiti və örtüyə uyğunlaşdırılmışdır. Həmçinin, Range Rover Evoque zəngin təchizatına ikili təsvir və dairəvi nəzər kameralarına malik 8-düymlü sensor displeyi daxildir.


İlin sonunadək Range Rover Evoque bakı küçələrini fəth edəcək. Crystal Motors Kompaniyası artıq 10 gün sonra yolsuzları avtomibillərin istifadəsinə verəcəkdir. Cəlbedici rənglərin, işləmə və dəbdəbəli formaların geniş çeşidindən hər kəs özünün parlaq fərdliliyini vurğulayacaq seçimi edə bilər.



Azərbaycan bazarında Land Rover avtomobillərindən savayı lyuks səviyyəli Jaguar ingilis avtobrendini təqdim edən Crystal Motors aqressiv marketinq siyasətini dəstəkləyir.


Avtomobillərin mütəmmadi yenilənməsindən savayı, şirkət həmçinin Jaguar və Land Rover avtomobillərinə xidmət göstərən Crystal Motors servis mərkəzini açmışdır, bura ən yeni avadanlıqla təchiz olunmuşdur və yeni xidmət spektorunu təqdim edir. Rəsmi nümayəndəlik statusu Crystal Motors servis mərkəzinə orijinal ehtiyyat hissələrini, ən yeni, hətta, unikal diaqnostik avadanlıqlarını, alətləri və lazımı məlumatları birbaşa istehsalçıdan almağa şərait yaradır ki, bu da avtomobil sahiblərinə münasib qiymətə yüksək keyfiyyətli xidməti təmin edir.



Crystal Motors satışmərkəzi avtosahibləri Moskva pr. 75a ünvanında gözləyir.


Telefon: 430 85 55.


www.landrover.az