cümə, 14 may 2021

Son günlərin ən populyar videosu - “Save Ralph”

438

Beynəlxalq heyvanları qoruma cəmiyyəti Save Ralph adlı cizgi filmini ərsəyə gətirib.

Facemark.az-ın məlumatına görə, dünyada ötən həftədən populyar olan video, bu həftədən etibarən azərbaycanlı izləyicilərin də marağına səbəb olub.

Qısametrajlı filmin əsas qəhrəmanı isə Ralfdır - onun üzərində kosmetik məhsulları ərsəyə gətirmək üçün kimyəvi testlər aparılır. O, video çarxda inandırmağa çalışacaq ki, işini sevir, amma əslində heç də hər şey göründüyü kimi deyil.

Bu, sənədli video çarxın əsas mövzusu odur ki, kosmetika istehsalçıları canlılar üzərində məhsulların sınağını aradan qaldırsınlar. Ralf obrazı rejissor Tayka Vaytiti tərəfindən səsləndirilib. Kimyəvi məhsulların sınağı onun atası, anası, qardaşı, bacısı və uşaqları üzərində də aparılıb.

Ralf həmkarları ilə birlikdə laboratoriyaya aparılır və onun üzərində kimyəvi testlər aparılır. Daha sonra isə göz layneri, şampun, günəş kremi, hamam köpükləri və s. məhsulları üçün sınaq onun üzərində aparılır. Ralf videoda inandırmağa çalışır ki, hər şey yaxşıdır, ancaq iş gününün sonunda onun tükləri tökülür, dərisi soyulur, kor olur və dəhşətli ağrıları başlayır.

Səsləndirmə üzərində isə Tayka Vaytiti, Zak Efron, Riki Cervis, Oliviya Mann və başqaları çalışıb. Video üzərində olan klip isə Lana Del Rey-in Summertime Sadness mahnısıdır. Beynəlxalq heyvanları qoruma cəmiyyəti Save Ralph obrazı vasitəsilə hər dəfə belə sınaqlara məruz qalan heyvanlardan bəhs edir.

Videoya baxış sayı bir neçə həftəyə 1,2 milyonu keçib və minlərlə şərh alıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün