cümə, 14 may 2021

Lenovo Rusiya smartfon bazarına geri qayıdır

208

Lenovo şirkəti, yeni Lenovo K12 Pro smartfonu ilə Rusiya bazarına geri qayıdır.

Facemark.az-ın məlumatına görə, bu haqda RBK nəşri kompaniyanın nümayəndəsinin sözlərinə istinadən yazıb.

Satışlar isə aprelin 23-dən etibarən başlayacaq. Qurğu dörd kamera ilə təchiz edilib, onların biri ön, üçü isə arxa kameradır. Smartfon 64 meqapiksel həll təklif edir, diaqonal ekranı 6,8 düyümdür, batareya gücü isə 6000 mAhdır.

Yeni smartfon Lenovo onlayn mağazası vasitəsilə satılacaq, eyni zamanda yeni smartfonu “M.Video-Eldorado”, “Goods.ru” və “Sitilink”də də tapmaq olar. Satışaların başlanğıcında qurğunun qiyməti 12,99 min rubl, mayın 1-dən etibarən isə 14,99 min rubl olacaq.

Kompaniya Rusiya bazarına 2017-ci ildə Motorola brendi vasitəsilə gəlib. Onun ağıllı telefonları demək olar ki, 10 ildən sonra satılmağa başlayıb. 2018-ci ilin yanvarında Lenovo və Motorola mobil qurğusunun satışları bazarın 1%-dən azını təşkil edib, bir il öncəki dövrdə isə bazar payının 7%-dən çoxunu əhatə edirdi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün