Beynəlxalq Dönər Federasiyasının (UDOFED) rəhbəri Mehmet Mercan: “Türkiyədə ildə təxminən 540 000 ton dönər istehlak edilir”.


Facemark.az xəbər verir ki, Mehmet Mercan deyib ki, Türkiyədə dönərin xəritəsi çıxarılacaq.


Söhbət dönər coğrafiyasının çıxarılması deyil, türk dönərinin marka kimliyinə beynəlxalq ölçüdə sahib çıxmaqdan gedir.


Bunun məqsədi:


- Dönəri sahibsizlikdən qurtarmaq və müstəqil bir sektor olmasının addımlarını atmaq.


- Dönər sektorunun etibar qazanması üçün bir yol xəritəsi hazırlayıb, iqtisadi güc qazanmasını təmin etmək.


UDOFED rəhbəri Mehmet Mercan: “İldə təxminən 540 000 ton dönər istehlak edilir. Hazırda hədəfimiz dəqiq rəqəmlərin müəyyən olunması məqsədilə bir xəritə, data yaratmaqdır! Dönərin sənayeləşməsi və ölkə iqtisadiyyatına fayda verməsi üçün vacib bir addım atırıq”.


M.Mərcan bildirib ki, “Gəlin, birlikdə Türkiyə olaq, sahib çıxdığımız dönərimizi qlobal bir marka edək”.