Havas Group (Vivendi SA-ya daxil olan) 2021-ci ilin birinci rübü ilə bağlı hesabatını yayımlayıb.


Facemark.az xəbər verir ki, kompaniyadan deyilib ki, şirkət gözləntilərdən daha yaxşı nəticələr göstərib.


Havas Group-un ümumi gəliri pul ifadədə 4,2%, 502 milyon avroya qədər azalma göstərib, orqanik artım isə 0,8% olub.


Eyni zamanda, şirkət bütün regionlar üzrə özünün göstəricilərini yaxşılaşdırıb. Aşağıdakı hesabatda bununla bağlı məlumat tapa bilərsiniz. Şimali Amerikada səhiyyə sektoru güclü artım göstərib.



Qrupun Avropada kreativ və media biznesi isə bərpa olunmağa başlayıb. Latın Amerikası və Asiya-Sakit oKean regionu da, eyni zamanda sağalma əlamətləri göstərib. Havas Group 2020-ci ilin oktyabrında hazırlanın yeni məhsulları Havas CX (Customer Experience), Havas Market hesabına belə nəticələr əldə edib.


Şirkət ən böyük müştəriləri sırasında Amerikada Cross Border Solutions, Fransada Uber Eats, həmçinin, Böyük Britaniyada Volkswagen, ABŞ-da daha bir şirkət isə Keurig Dr Pepper olub.


Daha öncə isə birinci rüblə bağlı maliyyə nəticələrini açıqlayan şirkətlər isə Publicis Groupe, gəlirləri 2,8% artım göstərib, Omnicom Group isə 2020-ci ildəki nəticələrini olduğu kimi saxlayıb.