Apple, iPhone və iPad üçün əməliyyat sistemlərində irihəcmli yenilənməyə hazırlaşır.


Facemark.az-ın məlumatına görə, Bloomberg nəşri mənbələrə istinadən yazır ki, iOS 15 versiyasında bildirişlərin qəbulu imkanı yenilənəcək, iPad ana ekranında dəyişiklik ediləcək, App Store tətbiqin inkişafı üçün imkanlar əlavə edəcək.


Nəşrin yazdığına görə, yenilik haqqında rəsmi məlumat iyunda, Ümumdünya İsehsalçılar Konfransında təqdim ediləcək, amma iOS 15-in bazara çıxarılması isə, yeni iPhone-ların hazırlanmasından əvvəl, 2021-ci ilin sentyabrında təqdim ediləcək.


Bu yeniliklərdən sonra isə App Store-da olan reklamların həcminin artacağı proqnoz edilir.