cümə, 14 may 2021

Dove filtrli gözəlliyin yaratdığı zərərlə mübarizə aparır – VİDEO

196

Digitallaşma və sosial mediadan çox öncə, qadın dərgilərindəki parlaq fotoşoplu reklamlar, təhlükəli şəkildə idealizə edilmiş gözəlliyin tərifini verirdi. Qadın bədənləri üçün ideal boy, kilo və üz şəkili forması şablonu yaradılmışdı və hər kəsin də bu vücud ölçülərinə sahib olması gözlənilirdi.

Əgər bu ölçü və üz xətlərinə sahib deyilsənsə, sənə çirkin kimi baxırdılar. Sosial media ilə isə bu mövzu doğrudan da sərhədlərə bir basqı yaratdı.

Dove bu fikirdən yola çıxaraq Self-Esteem Layihəsi adını verdiyi araşdırma reallaşdırıb. Araşdırmanın nəticələrinə, əsasən, 13 yaşına qədər olan qızların 85%-i Instagram və başqa platformaları istifadə edən zaman fotoşop platformaları və görüntü filtrlərindən istifadə edir. Eyni zamanda, qızların 67%-i sosial mediada öz fotolarını paylaşmamışdan öncə, bədənindəki ən azı bir nüansı gizlədir.

Ogilvy agentliyi tərəfindən hazırlanan “Reverse Selfie” kampaniyası sosial medianın süni dünyasına kilidlənmiş gənc bir qızdan bəhs edir.

Reklamın gəldiyi son nəticəyə görə, sosial medianın təzyiqi gənc qızların özünəinamına zərər verir. Pandemiyada insanların çoxu vaxtlarını ekran qarşısında keçirib, bu isə insanların böyük bir qisminə zərər verib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün