cümə, 14 may 2021

Time jurnalı ən təsirli 100 kompaniyanın adını açıqladı!

214

Time jurnalı ən təsirli kompaniyaların siyahısını dərc edib.

Facemark.az-ın məlumatına görə, bu haqda nəşrin saytında yazılıb.

Redaksiya heyəti və mütəxəssislərin fikrincə, siyahıya inkişafa öz töhfəsini verən şirkətlər daxil olub. Reytinq isə 5 kateqoriya üzrə hazırlanıb: Pionerlər, liderlər, innovatorlar, nəhənglər və yıxıcılar.

Pionerlər kateqoriyasına Amerika mediakompaniyası Hello Sunshine şirkəti başçılıq edib. Şirkət aktyor və prodüser Riz Uizerspun tərəfindən yaradılıb.

Buraya, eyni zamanda alt paltar istehsalçısı, müğənni Rihannaya məxsus olan Savage X Fenty şirkəti daxil olub. Adıçəkilən kateqoriya daxil olan başqa bir şirkət isə əczaçılıq üzrə, xüsusilə kannabis üzərində ixtisaslaşan Tilray şirkəti olub.

Lider kateqoriyasına daxil olan şirkət isə Milli Basketbol Assosiasiyası olub. Bu kateqoriyaya daxil olan digər şirkətlər isə elektronika istehsalçısı Apple, Sony, idman mallarının istehsalçısı Nike, Twitter sosial şəbəkəsi və transmilli maliyyə korporasiyası Mastercard olub.

İnnovator kateqoriyasında birinci yeri analitika şirkəti Go Intelligence tutub. Bundan başqa, biotexnologiya kompaniyası Moderna, striminq xidməti Netflix, video konfrans platforması Zoom, musiqi striminq platforması Spotify daxil olub.

Nəhənglər kateqoriyasına isə avtomobil istehsalçısı General Motors rəhbərlik edib. Eyni zamanda, jurnal bu kateqoriyaya dünyanın ən tanınmış sosial şəbəkəsi Facebook-un daxil olduğu eyniadlı şirkət, media şirkəti Disney, transmilli şirkət Google, proqram təminatçısı Microsoft, ticarət platforması Amazon olub.

Yıxıcılar kateqoriyasına daxil olan şirkətlərə Illumina başçılıq edib. Buraya, həmçinin, Tesla şirkəti, daşınmaz əmlak saytı Airbnb, Clubhouse sosial şəbəkəsi və OnlyFans xidməti daxil olub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün