cümə, 14 may 2021

YouTube reklamlardan qazancını açıqladı!

229

YouTube-un reklam satışlarından rüblük gəliri (2021-ci ilin I rübü, martın 31-də başa çatır) 6 milyarda çatıb. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 49% (öncəki il 4 milyard dollar olub-red.) olub.

Facemark.az-ın məlumatına görə, bu haqda ana şirkət Alphabet-in maliyyə hesabatında deyilib.

Ötən il isə performance formatından dolayı reklam satışları videohostinqə 19,8 milyard dollar (+31%) qazandırıb.

Bildirək ki, Alphabet-in I rübdə ümumi gəliri 34% artaraq 55,3 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti isə rekord səviyyəyə 17,9 milyard dollara çatıb. Əvvəlki illərdə olduğu kimi şirkətin gəlirinin böyük bir hissəsi, 44,7 milyard dollar Google-da reklamların yerləşdirilməsindən əldə edilib. Bu il göstəricilər 32% artım nümayiş etdirib. Bulut biznesi şirkətə 4 milyard dollar, qalan sahələr isə 6,5 milyard dollar qazandırıb. Qalan gəlir mənbələri isə Google Play, YouTube abunəliyindən gələn gəlirlər təşkil edir.

DAHA ƏTRAFLI HESABATDA TANIŞ OLMAQ OLAR.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün