“We Are Social Digital Report Aprel 2021” hesabatı açıqlanıb.


Facemark.az xəbər verir ki, 2021-ci il aprel məlumatına görə, dünya əhalisinin sayı 7,85 milyard nəfər olub.


Bu vəziyyəti ötən ilki rəqəmlər ilə müqayisə etdikdə dünya əhalisinin sayında 1% artım müşahidə edilir.


Dünyadakı mobil istifadəçi sayına baxdıqda, dünyadakı bütün insanların 2/3-dən çoxunun artıq bir cip telefonu var. İnternet istifadəçilərinin sayı 2020-ci illə müqayisədə 7,6% artaraq 4,72 milyarda çatıb. Bu dünya əhalisinin 60%-dən çoxu deməkdir.



Ötən bir ildə sosial media platformalarına qatılan yeni insan sayı isə yarım milyarddan çox olub.


İnternetdə bir gün necə keçilir?


Bütün dünyada təsirini davam etdirən pandemiyadan dolayı daha çox zamanı onlayn keçiririk. Yanvar hesabatı ilə bu zamanı müqayisə etdikdə, internetdə keçirdiyimiz vaxt 2 dəqiqə artıb, sosial mediada keçirdiyimiz vaxt isə 3 dəqiqə azalıb.