Əvvəlki dövrdə olduğu kimi şirkət II rübdə də yüksək artım gözləyir.


Facebook (Instagram və WhatsApp mesencerini idarə edir) şirkəti 2021-ci ilin I rübü ilə bağlı maliyyə nəticələrini elan edib.


Facemark.az xəbər verir ki, kompaniyanın ümumi gəliri 48% artaraq 26,2 milyard dollara çatıb.



Onun gəlirlərinin əhəmiyyətli hissəsi 25,4 milyard dolları reklamlardan əldə edilib. Bu isə bir il öncəki dövr ilə müqayisədə 46% çoxdur. Facebook-un reklam olmayan biznesi isə 146% artıb və şirkətə 732 milyon dollar gətirib.


Şirkətin xalis mənfəəti demək olar ki, 2 dəfə (94%), 9,5 milyard dollaradək artıb. Facebook-un xərcləri isə 1\4 artaraq 11,4 milyard dollara yüksəlib.


Gündəlik unikal istifadəçi sayı (DAU) 8% artım nümayiş etdirib və 2021-ci ilin martında 1,88 milyard nəfərə çatıb. Aylıq (MAU) isə bu göstərici 10% artaraq, 2,85 milyard nəfərə yüksəlib.