cümə, 14 may 2021

Telegram qrup videozənglərinin yaranmasını elan edib

182

Pavel Durov (Telegram sosial şəbəkəsinin qurucusu) özünün Telegram kanalında deyib ki, tezliklə səsli çatlarda video zəng meydana gələcək.

Facemark.az-ın məlumatına görə, Durovun fikrincə, bu yenilik messenceri qrup videozəngləri üçün daha güclü bir platforma edəcək.

İstifadəçilər ekran mübadiləsi funksiyasına sahib olacaqlar, bunun sayəsində onlar həmsöhbətlərinə daha rahat nəsə göstərə biləcəklər, həmçinin, etibarlı və rahat ünsiyyət üçün şifrələnmədən istifadə etmək olar. Eyni zamanda, yenilik daha komfortlu əlaqəni də təmin edir.

Qrup videozəngləri smartfonlarda, stolüstü kompüterlərdə və planşetlərdə görünəcək.

Xatırladaq ki, videozəng funksiyasının yaranacağı haqda məlumat avqustda Telegram-da çıxdı. Həmin vaxt Durov, eyni zamanda söz verdi ki, yaxın zamanda qrup videozəngləri də istifadəçilərin ixtiyarında olacaq.

Hazırda isə Pavelin sözlərinə görə, gözləməyə ehtiyac yoxdur, bu funksiya mayda əlçatan olacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün