cümə, 14 may 2021

Instagram-dan Clubhouse-a oxşar yeni funksiya

189

Facebook-un Clubhouse-a rəqib qismində bir müddətdir səs əsaslı kommunikasiya platforması üzərində çalışdığı gündəmdədir. Ancaq texnologiya nəhəngi, tərkibindəki digər platformalarda da spontan səsli söhbətləri daha çox təşviq etməyə istəkli görünür.

Facemark.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, Instagram istifadəçiləri artıq Instagram Live modulu vasitəsilə canlı yayım edən zaman istədikləri zaman kamera və mikrofonlarını bağlaya bilərlər.

Facebook-un yayımçıları üzərindəki təzyiqi azaltmaq və söhbətlərdə elastikliyi artırmaq hədəfi ilə atdığı bu yeni addımı, Instagram Live-də təqdim edilən təcrübəni Clubhouse-a daha çox yaxınlaşdıracağı deyilir.

Bildirək ki, Clubhouse söhbətlərini görüntülü söhbətlərə görə daha cəlbedici edən də istifadəçilərin necə göründüklərini dərd etmək məcburiyyətində olmamalarıdır. Gün ərzində başqa işlərlə məşğul olan zaman da söhbətə daxil ola bilərlər.

Martda platformaya əlavə edilən Live Rooms funksiyası ilə Clubhouse-dakı otaq konsepti də platformaya keçib, canlı yayımlardakı maksimum spiker sayı isə 4-ə yüksəlmişdi.

Mənbə: TechCrunch

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün