bazar günü, 20 iyun 2021

Nəhəng texnologiya şirkətlərindən biri in-house agentlik yaradıb

331

Hewlett-Packard Enterprise (HPE) reklam işlərini müstəqil şəkildə idarə etməyə qərar verib və in-house agentlik yaradıb.

Facemark.az-ın məlumatına görə, Business Insider nəşri yazır ki, yeni komanda mediaplanlaşdırma, alış, kampaniyaların təşkil edilməsinə rəhbərlik edəcək.

Nəşr yazır ki, Publicis Groupe və ona bağlı olan Digitas agentliyi HPE-nin partnyoru qalmağa davam edəcək. Xüsusilə mediastartegiyanın hazırlanması və prodakşından məsul olacaqlar.

Kompaniyanın nümayəndəsi bu cür modeli “hybrid model” adlandırıb.

Bildirək ki, Publicis şirkəti IT korporasiyası ilə 2016-cı ildən bəri əməkdaşlıq etməyə başlayıb. Bu isə Hewlett-Packard-ın 2 publik şirkətə bölünməsindən sonra baş verib. Bunlar HPE VƏ HP Inc-dir.

Şirkətin illik hesabatına, əsasən, HPE satış və marketinqə 1 milyard dollar xərcləyib. Business Insider nəşrinin mənbələri isə kompaniyanın reklam büdcəsini 100 milyon dollar qiymətləndirirlər. Bir mənbənin dediyinə görə isə HPE xərcləri azaltmağa çalışır və buna görə də programmatic ilə bağlı məsuliyyətlərini geri çəkir.

Buna görə də, Digitas media büdcəsinin yalnız kiçik bir hissəsini özündə saxlayıb. Gələcəkdə isə bu böyük müştəri agentliklər ilə əməkdaşlığı dayandırmağı və Publicis New York ilə partnyorluğa son qoymağı planlaşdırır. MediaLink isə keçid dövründə şirkətə konsultasiya verəcək.

Daha bir reklam holdingi Spark Foundry, HP Inc. ilə əməkdaşlıq edir. O isə xüsusilə axtarışlarda qlobal inkişafdan məsuldur.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün